
Ermənistanın hər beşinci sakini cəbhəyə yollanıb…
“Faşizmə qarşı mübarizədə adi insanlardan tutmuş marşala qədər ermənilər cəsur döyüşçülərin silinməz şöhrəti ilə adlarını əbədiləşdirdilər”.
Georgi Jukov, Sovet İttifaqının marşalı
Bütün sovet xalqları kimi Ermənistan üçün də gözlənilmədən müharibə başladı. Ermənistanın 20-ci əsrin əvvəllərində üzləşdiyi bütün sınaqlardan iyirmi ildən az vaxt keçmişdir. Ölkə hələ yenicə bərpa olunmağa başlamışdı, sənaye və kənd təsərrüfatı geniş vüsət alırdı. Ermənistan həmişəkindən daha çox sülhə və sabitliyə ehtiyac duyurdu. Ancaq düşmən vətənə basqın etdi və dünənki kənd sakinləri, mühəndislər, tələbələr və işçilər Qırmızı Ordu sıralarına qoşuldular.
Sovet Ermənistandakı ümumi səfərbərlik söylənilməz bir ruhla qarşılandı, vətənpərvərlik və vətəni qorumaq istəyi hər yerdə hökm sürürdü. Demək olar ki, Ermənistanın hər beşinci sakini cəbhəyə getdi. Müharibə boyu Ermənistan SSR-dən 300 mindən çox hərbiçi Sovet Ordusuna, 200 mindən çox erməni isə başqa Sovet respublikalarından tərxis edildi.
Qırmızı Ordunun sıralarında ermənilər dəniz və quru qoşunlarında, mexaniki və arxa hissələrdə, aviasiya və süvarilərdə vuruşurdular. Anti-Hitler koalisiyasına daxil olan 100 mindən çox erməni, əksəriyyəti Fransa ordusunda, təxminən 20,000 ABŞ ordusundaydı. Ermənistan əhalisinin 1/7 hissəsi olan 200 mindən çox erməni müharibədən qayıtmadı.
6 erməni milli diviziyası Böyük Vətən müharibəsində iştirak etdi, onlardan beşi müharibənin başlanmasından dərhal sonra yaranmışdır.Qeyd edək ki,76-cı artileriya diviziyası (Voroşilov adına Qırmızı Bayraq ordeni, Vitebsk 51-ci qvardiya diviziyası, Lenin ordeni) 1922-ci ildə Yerevanda yaranmışdır. Divizya sıralarında marşallar Hovannes Bağramyan və Hamazasp Babacanyan öz xidmətlərini keçirmişlər.
Müharibənin əvvəlində həmin diviziya İran ərazisində xüsusi tapşırıqlar aparıb sonra Stalinqraddan Baltik Cəbhəsi və Belarusa qədər hərbi yolu keçərək minə yaxın yaşayış məntəqəsini azad etmişdir.
Məşhur 89-cu Tamanyan Qırmızı Bayraq ordeni, Qırmızı Ulduz Medalı motoatıcı diviziyası 1941-ci ildə Yerevanda dekabr ayında formalaşıb. Diviziya Sevastopol, Balaklava, Kerç şəhərlərinin azad olunmasında iştirak edərək Qafqazın ətəyində hərbi əməliyyatlara başlamışdır.. Taman yarımadasındakı qəhrəmanlığına görə bölmə şərəfli “Tamanyan” adlandırıldı.
Müharibə boyu Tamanyanlar 900-dən çox yaşayış məntəqəsini azad etdi. General-mayor Nver Safaryanın komandanlığı ilə 89-cu Diviziya SSRİ sərhəddini ilk olaraq yararaq Polşa ərazisindən keçdi və 1945-ci ilin yazında Üçüncü Reyxin paytaxtına daxil oldu.
Bölmə Berlindəki Alman qarnizonunu məğlub etdiklərinə görə ikinci dərəcəli Kutuzov ordeni ilə təltif edildi. 89-cu Diviziya döyüşçülərinin qardaş qəbiristanlığının yerləşdiyi Balaklavada SSRİ-nin vəsaitləriylə Tamanyanlar şərəfinə abidə ucaldıldı.Taman xalqına abidə qoyuldu.
1941-ci ildə Kerç uğrunda gedən döyüşlərdə də iştirak etmişdir. Sentyabrda 390-cı Erməni motoatıcı diviziyası yaradılmışdır. Diviziyanın döyüşçüləri Krımda cəsarət və dözümlülüklə önə çıxaraq daha da gözə çarpacaq oldular.
408-ci motoatıcılıq diviziyası 1941-ci ili avqustunda yaradılıb. Döyüşçülər Novorossiysk və Tuapsedə qızğın döyüşlər keçirmişdir.1942ci ilin oktyabrında mühasirədə olan zaman diviziya minlərlə düşmən qüvvəsinə müqavimət göstərərək mühasirəni yara bildi.Diviziya qələbəsini Elbada qeyd etdi.
409-cu motoatıcı “Kirovogradyan-Bratislava” Qırmızı Bayraq daşıyıcısı, Boqdan Xmelnitski II Səviyyə Diviziyası 1941-ci ilin avqustunda təşkil olumuşdur.
1942-ci ilin dekabr ayına qədər diviziya, dövlət sərhədini Türkiyənin basqınından müdafiə edib, sonra Çeçen-İnquş Sovet İttifaqı, Stavropol və Krasnodardakı döyüşlərdə iştirak etmişdir. Diviziya Macarıstanın azad edilməsində iştirak edib və Bratislavanın azad edilməsi uğrunda döyüşdə önə çıxmışdır. Müharibənin sonunda diviziya döyüşçüləri təntənəli paradla Vyanaya girmişdir..
261-ci motoatıcı diviziyası 1942-ci ilin payızında formalaşmışdır. Onun qarşısında Sovet-Türkiyə sərhədini qorumaq vəzifəsi dururdu.
Milli hərbi hissələrin təşkili ilə yanaşı, Ermənistan ərazisində 8 bölmə təşkil edilmişdir. Bundan əlavə, Böyük Vətən müharibəsi dövründə 85 mindən çox çağırışçı Ermənistanda hərbi təlim keçmişdir. Ermənistan cəbhə bölgəsi sayıldığından və dövlət sərhədinin xeyli hissəsi öz ərazisindən keçdiyindən düşmən tərəfindən işğalın qarşısını almağa yönəlmiş kadr hazırlığına xüsusi diqqət yetirilirdi.
Faşist işğalçılarına qarşı cəsarətlə vuruşan erməni döyüşçüləri Böyük Vətən Müharibəsinin bütün əsas döyüşlərində və hərbi əməliyyatlarında iştirak etmişdir. Moskvanın müdafiəsində minlərlə erməni döyüşçüsü iştirak edib və Sovet İttifaqının gələcək marşalı Hovhannes Baqramyansa Cənub-Qərb cəbhəsinin sağ qanadına rəhbərlik edirdi.
Stalinqrad döyüşündə 30.000 erməni iştirak edib, onların üçdə biri döyüşdə həlak oldu.Kursk döyüşündə 10 min erməni döyüşçüsü iştirak etmişdir. Kursk döyüşləri zamanı Baqramyan və gələcək aviasiya marşalı Sergey Xudyakovun (Armenak Hanperyants) komandir istedadı da aşkara çıxdı. 100 mindən çox erməni Qafqazda Kerç və Krımın azad edilməsi uğrunda vuruşmuşdur. Ukraynanın azad edilməsində 80 min erməni iştirak edib, 50 min nəfər Belarusiyada döyüşmüş və bu döyüşlərdə 45.000 erməni həlak olmuşdur.
Erməni bölmələri və erməni döyüşçüləri Sovet qüvvələrinin tərkibində, ölkələri və xalqları faşist boyunduruğundan azad edərək qələbə paradı ilə Avropaya daxil oldular.Çoxları şanlı yollarını Varşava, Praqa və Vyanada başa vurdular. Şanlı Tamanyan bölməsinin döyüşçüləri dağıdılan Reyxstaqın divarları altında milli “Köçəri”ni rəqs edərək Berlinin zəbtini qeyd etdilər.
Müharibə zamanı erməni milləti Sovet İttifaqına 5 Zəfər Marşalını verdi: Sovet İttifaqının marşalı Hovhannes Baqramyan, Sovet Hərbi Dəniz Qüvvələrinin admiralı İvan Isakov (Hovhannes Isahakyan), Sovet Silahlı Qüvvələrinin marşalı Hamazasp Babacanyan angeryan, Ermənistan Hava Qüvvələrinin generalı Sergey Xudyakov (Armenak Xamperyants) mühəndislik işləri üzrə marşal Serqey Skanov.
Marşal Bağramyan Birinci Yaxın Baltik komandiri, sonrasa Üçüncü Belarus əbhəsinin komandiri olub. 60-dan çox erməni generalı üç ordu komandiri və üç korpus komandiri də daxil olmaqla müharibənin bütün cəbhələrində komandanlıq postları tutmuşdur. Müharibənin sonunda 83 zabit general rütbəsi almışdır.
Müharibədə iştirak etdiklərinə görə 66 mindən çox erməni müxtəlif dövlət mükafatlarına layiq görülmüşdür. 107 hərbiçilər və zabitlər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Hovhannes Bağramyan və Nelson Stepanyan ikiqat qəhrəman adına layiq görülüblər. 27 erməni Şöhrət Cəngavəri oldular. Ermənistan müharibə illərində SSRİ qəhrəmanları arasında 6-cı yeri tutub.
Ermənilər nəinki yalnız nizami birləşmələrin komandiri və döyüşçüləri kimi tanındılar, eyni zamanda Sovet İttifaqına, Avropa ölkələrində partizan sıralarına və müqavimət qüvvələrinə əhəmiyyətli töhfələr verdilər. Fransadakı Aleksandr Qazaryanın partizan alayında 1200 erməni olub və Fransız müqavimət hərəkatının üzvü Misak Manuşyan Fransanın Milli qəhrəmanı fəxri ada layiq görülüb.oldu.
Erməni casusları müharibənin qələbəsinə xüsusi töhfələr verdilər. Kəşfiyyat tarixində Gevork Vardanyan qrupunun şücaətləri tarixə qızıl hərflərlə yazıldı, onun sayyəsində faşistlərin 1943-cü ilin noyabr ayında Tehran konfransında iştirak edən dövlət başçılarını məhv etmək planı süquta yetirilmişdir.. Əməliyyatı Tehrandakı sovet kəşfiyyatının rəhbəri İvan Ağayants sistemləşdirib.
Cəbhəyə silah-sursat və ərzaq verən insanların fədakar əməyindən bəhs etmək mümkün deyil. Erməni fabrikləri cəbhə üçün strateji ehtiyaclar istehsal etdi: rezin, mis, karbid, alüminium və s. Hərbi silah, döyüş sursatı, partlayıcı maddələr və rabitə vasitələri istehsalı ardıcıl xarakter daşıyırdı. Müharibə dövründə Ermənistanda 30-a yaxın fabrik, 110 emalatxana və atelye istifadəyə verildi. Ölkədə cəbhəyə vacib olan 300-dən çox növ mal istehsal olunaraq göndərilirdi.
Mədəni irsi talançılıqdan, yıxılmaqdan və məhv olmaqdan xilas etmək bir çox mədəniyyət və elm xadimlərinin vəzifəsinə çevrilmişdir. Leninqradda Dövlət Ermitajının direktoru, akademik-Şərqşünas Hovsep Orbeli, eksponatların köçürülməsini bir neçə gündə təşkil etdi və bununla da təsviri sənət və tarix abidələrinin qiymətli şah əsərlərini xilas etdi. Nürnberq sınaqları zamanı Hovsep Orbelinin ifadələri faşistlər tərəfindən mədəni dəyərlərin qəsdən məhv edilməsinin sübutu oldu.

1945 9 May 1945-ci ildə Yerevanda olan mərkəzi Lenin meydanı böyük universal qələbənin şərəfinə bayram atəşfəşanlığı ilə yandırıldı. Erməni milləti faşizm üzərində qələbə faktoru sevincini təmtəraqla bölüşdü.
Azadlıq qəhramanlarının xatirəsini qorumaq və onlara hörmət etmək ümumi qələbəmizin ən vacib dəyərlərindəndir.Bu gün Böyük Vətən Müharibəsi iştirakçılarına verilən altı yüz abidə Ermənistan Respublikası ərazisində dövlətin himayəsindədir. Erməni xalqı bütün qəhrəmanlarını ehtiramla yad edir və onlarla qürur duyur.
Bütün qəhramanlarımıza eşq olsun.Onların əbədi xatirələri daima qəlbimizdə yanar qalacaq.







