
Mayın 13-də azərbaycanlıların atəşindən zərər çəkmiş yaşayış evində gənc ailə azyaşlı uşaqlarıyla yaşayır.Bu haqda NEWS.am-ə Berkaber icmasının müvəqqəti rəhbəri Vahe Alixanyan söyləyib.
“İki uşağın 3 və 6 yaşları var, həyətdə oynayırdılar, insanlar həyətdə idi. Atəşlər zamanı təhlükəsiz bir otaqları var idi,ondan istifadə etdilər”-deyə kənd rəhbəri qeyd etdi.
Atəş nəticəsində evin pəncərələrindən birinin şüşəsi və daxili divar zədələnib. Vahe Alixanyanın sözlərinə görə, pəncərələrin bərpası məsələsi hələ həll olunmayıb.
Daha əvvəl Müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan fotoşəkilləri yerləşdirərək, saat 14: 00-da Tavuş rayonunun Berkaber kəndi istiqamətində Azərbaycan hərbi bazalarından iri çaplı atıcı silahlardan atəşə tutulduğunu, bunun nəticəsində yaşayış evlərinə ziyan dəydiyini qeyd etdi.
“Rəqibin atəş nöqtələri istiqamətində erməni mövqelərinin əldə etdiyi müvafiq tədbirlər nəticəsində düşmən susdurulub”-deyərək o, yazıb..







