
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, mayın 28-də – Respublika günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik mesajını göndərib. Mesaj mayın 28-dən iki həftə əvvəl göndərilmişdir.
Bakıda arzulanan ərazi bütövlüyü barədə heç bir kəlmə deyilmir, yalnız, Azərbaycanın Rusiyaya enerji alternativi kimi ABŞ-ı maraqlandıran bir işarə var. ABŞ həm də münaqişənin sülh yolu ilə həllinə dəstək olacaq.
“Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini tam dəstəkləyir.Amerika Birləşmiş Ştatları və Azərbaycan təxminən 30 ildir ki, beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropaya marşrutları və enerji təchizatı mənbələrini diversifikasiya etmək və iki böyük xalq üçün parlaq gələcək qurmaq naminə əməkdaşlıq edir.
Azərbaycanın bu sahələrə verdiyi əhəmiyyətli töhfəni yüksək qiymətləndiririk, dəstək verəcəyimiz və eyni zamanda biz hüquq və azadlıqların qorunmasına söz verdiyimiz demokratik idarəetmənin stimullaşdırılmasına yönəlmiş bütün addımları dəstəkləyirik.
Koronavirus pandemiyası ilə qarşılaşdığımız bir dövrdə Birləşmiş Ştatlar Azərbaycanla yanaşı və Azərbaycan xalqının yanında olub.Minsk Qrupunun həmsədrlərindən biri olaraq, biz Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla nizamlanması üzrə danışıqları dəstəkləməkdə iştirakımızı davam etdirəcəyik”-deyərək təbrik məktubunda qeyd olunub.







