
Bu həftə Azərbaycan genişmiqyaslı hərbi təlimlər keçirərkən ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Facebook-da canlı izləyicilərin suallarına cavab verərək, Birləşmiş Ştatlar Artsaxda minalardan təmizlənmə istiqamətində aparılan işləri başa vurub,sonrasa diqqətini sakinləri sülhə hazırlamaq işlərinə cəmləşdirib. Bu haqda Amerikanın Hay Dat Komitəsi (ANCA) yazır.
Amerika Hay Dat Komitəsinin mətbuat katibi Yelizabet Çulcyan ER ABŞ səfirinin bəyanatıyla bağlı narahatlığını bildirib. Yelizabet Çulcyan “Göründüyü kimi, ABŞ-ın hazırkı rəhbərliyi əhalini sülhə hazırlamağı” necə həyat xilas edən bir proqramın maliyyələşdirilməsini dayandırmaq kimi anlayır, eyni zamanda Azərbaycana 100 milyon dollarlıq hərbi dəstək verir.
Bu qəbuledilməzdir: Biz işi ABŞ Konqresinin məsələ ilə bağlı son sözünün deyilməsi üçün davam edərək çalışacağıq” –deyərək o, qeyd edib. Xatırladaq ki, Amerika Hay Dat Komitəsinin rəhbərləri, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri Frank Pallone ABŞ rəhbərliyinə və ATƏT-in Minsk Qrupu həmsədrlərinə böyük təhlükələr barədə iki ayrı məktub göndərib”.
Məktubda Azərbaycanda iri miqyaslı hərbi təlimlərin təhlükələri barədə qeyd edilmiş və həmin ölkədə keçirilən geniş miqyaslı hərbi təlimləri dayandırmaq çağırışını edib.







