
Mart ayının sonunda BMT baş katibi Antonio Gutereş koronavirus pandemiyası səbəbindən qlobal atəşkəsə çağırdı.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının onlayn iclası çərçivəsində bu yaxınlarda BMT-nin Baş katibi Antonio Gutereşin səsləndirdiyi qlobal atəşkəs ideyasını dəstəkləyən sənəd qəbul edildi.
Bu hadqa Rusiyanın Xarici işlər naziri Sergey Lavrov sənədin qəbul olunması təşəbbüsünün Rusiya və Ermənistana məxsus olduğunu bildirib.
“Biz belə bir şağırışı dəstəkləyirik. Bəyanatda xüsusi qeyd olunur ki, atəşkəs terror təşkilatlarına qarşı mübarizəyə şamil oluna bilməz”-deyərək Lavrov qeyd edib.
Xatırladaq ki, martın sonlarında BMT Baş katibi koronavirus pandemiyasına cavab olaraq bütün dünyanı atəşkəsə səsləmişdir. O,hərbi qarşıdurmaları dayandırmağın və ümumi çağırışla mübarizə aparmağın vaxtının çatdığını söylədi.







