Başlıcaİctimaiyyət

Siyasi Məhbusların Monitorinq Mərkəzi Mingəçevirdə jurnalistə təzyiqləri pisləyirlər

Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) Mingəçevir şəhərində hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı davam edən təzyiqləri pisləyib. Məlumatı Turan agentliyi yayıb.

“Əgər əvvəllər repressiya tədbirləri güc qurumları tərəfindən həyata keçirilirdisə, indi fəalların və jurnalistlərin təqib olunmasının rüsvayçı praktikasına yerli məmurlar qoşulub”, – deyə SMMM-in rəhbəri Elşən Həsənov bildirib.

O, “Yüksəliş naminə” saytının redaktor müavini, hüquq müdafiəçisi Elçin Həsənzadənin sıxışdırıldığını qeyd edib.

“Şəhər kommunal təsərrüfatı rəhbəri Şəhriyar Mustafayevin tapşırığı ilə Elçin Həsənzadə “radikal” jurnalist kimi şəhərdə sıxışdırılır.

Məmurların hərəkətləri cinayət məsuliyyətinə səbəb olur. İndiki halda Konstitusiyanın 31-ci maddəsi (təhlükəsiz yaşamaq hüququ) pozulub. Hüquq-mühafizə orqanları təhlükəsizliyi təmin etməli və günahkarları cəzalandırmalıdırlar, SMMM-in bəyanatında deyilir.

SMMM həmçinin xatırladır ki, “Yüksəliş naminə” saytının rəhbəri Elçin Məmməd bu ilin martında uydurma cinayət ittihamı ilə həbs edilib ki, beynəlxalq təşkilatlar bunu pisləyiblər.

Daha çox göstər
Back to top button