Başlıcaİctimaiyyət

Azərbaycandan didərgin salınmış daha 185 ailənin mənzil probləmi həll olundu – Hökumətin yeni qərarı

ER hökuməti mayın 27-də keçirdiyi iclasda yeni qərar qəbul edib. Qərara əsasən, Azərbaycandan didərgin salınmış insanları mənzillə təmin etmə layihəsinin ikinci mərhələsi başlayır.

Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan qeyd edib ki, Yerevanın mərkəzi, Erebuni, Nor Nork, Arabkir, Davtaşen inzibati rayonlarında müvəqqəti sığınacaqlarda yaşayan ailələrin mənzil məsələsini həll etmək üçün 2 milyard 169 milyon dram ayırıb.

O xatırlatdı ki, 2019-cu ildə, layihənin birinci mərhələsində 112 ailənin mənzil problemini həll etmək üçün 1.5 milyard dram ayırmışdı, indi isə ikinci mərhələdə söz 185 ailədən gedir.

Baş nazir Nikol Paşinyanın, ailələrə nə qədər pul verilməsinə dair sualına Papikyan cavab verib ki, bu, ailə böyüklüyündən və digər standartlardan asıllıdır. “Ancaq, bu, Yerevanın müxtəlif hissələrində mənzil almaq üçün kifayətdir”.

“Təbii, mərkəzdə ala bilməzlsə də, digər inzibati rayonlarda ala bilərlər”,-deyə Paşinyan qeyd etdi.

Həmçinin qeyd olundu ki, keçmişdə Yerevan şəhəri üçün belə bir qərar yoxdu. Bu insanlar 1988-ci ildən və ya 1990-cı ildən bəri müvəqqəti sığınacaqlarda yaşayırlar.

Daha çox göstər
Back to top button