BaşlıcaSiyasət

1918-ci ilin mayın 28-də İlk Ermənistan Respublikası elan edilib

1918-ci ildə Erməni xalqının çoxsaylı müharibələrdən sonra İlk Ermənistan Respublikası elan edilib. Dövlətçilik sütunlarının tamamilə olmaması ilə, dünyanın parçalanmış xəritəsində yer almaq lazım idi.

1918-ci ilin mayın 28-də Mayıs qəhrəman döyüşləri-Sardarapat, Baş-Aparan, Ğarakilisədən sonra İlk Ermənistan Respublikası elan edilib. 549 il sonra Erməni xalqı dövlətçiliyini yenidə bərpa edə bilib. Mayın 28-də Tbilisidə (Gürcüstan) Erməni Milli Şurası bəyanat qəbul etdi. Bəyanatda bunları qeyd olunur:

“Zaqafqaziya siyasi bütövlüyünün həlli və Gürcüstan və Azərbaycanın müstəqillik elan edilməsi ilə yaranan yeni vəziyyətdə Erməni Milli Şurası erməni əyalətlərinin ali və yeganə hakimiyyətini elan edir”.

İyunun əvvəlində də belə bir bəyanat yayımlanıb.

“Erməni Milli Şurası, erməni xalqının ona verdiyi hüquqlara əsaslanaraq, 28 May tarixində Ermənistan dövlətinin müstəqilliyini elan etmək qərarı verərək, Ermənistan Demokratik Respublikasını yaratdı”.

Respublika erməni xalqı üçün çox çətin bir günlərdə yaradılıb. Ölkədə minlərlə köçkünlər var idi. 1918-ci ilin iyunun 24-də Ermənistan Respublikasının Hökumətinin tərkibi açıqlandı-Baş nazir Hovhannes Kaçaznuni, xarici işlər naziri Aleksandr Xatisyan, daxili işlər naziri Aram Manukyan, hərbi naziri, generel Hovhannes Haxvedyan. Ermənistanın Milli bayrağı qrımızı, mavi və narıncılı üçrəngli bayrağı olub. Respublikanın birinci ildönümündə Aleksandr Xatisyanın başçılıq etdiyi Hökumət Mütəqil və Birləşmiş Ermənistanı elan edib.

1919-cu ilin iyun ayında 366 min seçicinin və 7 partiyanın iştirakı ilə seçkilər keçirildi. Seçilən 80 üzvdən 72-si “Daşnaktsutyun” partiyadan idi. 1920-ci ilin mayında Qırmızı Ordu Ermənistan silahlı qüvvələrinin müqaviməti olmadan Qarabağa, iyun ayında Zəngəzura və avqust ayında Naxçıvana girib.

Avqustun 10-da Tbilisidə (Gürcüstan) Ermənistan-Rusiya müqaviləsi imzalanıb. Ermənistan bu bölgələrin Ermənistan-Azərbaycan arasında mübahisəli əraziləri Rusiya tərəfinin müvəqqəti işğalına razılıq verib.

Düz 10 gün sonra Sevrdə Birinci Dünya Müharibəsinin qalib ölkələri ilə Osmanlı İmperiyasının nümayəndələri arasında sülh müqaviləsi bağlandı. Bununla Türkiyə Ermənistanı mütəqil və azad bir dövlət kimi tanıdı.

Bundan sonra, avqustun 24-də Moskvada Türkiyənin Qars, Ardahan və Batumi şəhərləri də daxil olmaqla ərazi bütövlüyünü tanıyan Rusiya-Türkiyə sazişi layihəsi imzalanmışdır.

1920-ci ilin sentyabr 28-də Türkiyə Kyazim Karabekir komandanlığı altında müharibə elan etmədən Ermənistana hücum etdi.

Ermənistan hökuməti ölkədə hərbi vəziyyət elan etdi. Bolşeviklərdən başqa, bütün partiyalar vətəni müdafiə etməyə çağırıb.

Sentyabrın 29-da türklər Sariğamiş, sonra Kağzvanı işğal etdilər.Tovmas Nazarbekyanın komandanlığı altında olan Erməni Ordusu Qarsın kənarındakı mövqeləri azad etdi, lakin 30 oktyabrda düşmən müqavimət göstərmədən Qars qalasını ələ keçirdi. 3000-ə yaxın erməni əsgəri və 120 zabit əsir götürüldü.

Noyabrın 7-da Alexandropol da işğala məruz qalıb. Artıq noyabrın 18-də erməni tərəfi türklərin təklif etdiyi atəşkəsi qəbul etməyə məcbur idi. 24 noyabr 1920-ci ildə Simon Vratsyanın başçılıq etdiyi yeni bir hökumət quruldu.

Noyabrın 29-da Ermənistan Hərbi İnqilab Komitəsi, 11-ci Qırmızı Ordunun köməyi ilə Azərbaycandan İcevana girdi və ölkədə Sovet hakimiyyəti elan etdi.

İlk Ermənistan Respublikası iki il davam etdi, Ermənistan sovetləşdi, ancaq müvəqqəti… 1991-ci ilin mayın 21-də Ermənistan xalqı itirdiklərini bərpa etməli oldu.

Daha çox göstər
Back to top button