
ER parlamentinin “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın hərbi nəfəsli bəyanatı üzərinə cəmləşdirməyi təklif edib.Azərbaycanın azğınlaşmış təcavüzü istənilən anda adekvat və sərt cavab alacaq.
“Armenpress”-in verdiyi məlumata görə,Makunts bu haqda parlamentin iyunun 1-də keçirilən iclasdakı çıxışı ərzində bəyan edib.
“Bu günlərdə Əliyev növbəti dəfə hərbi nəfəsli bəyanatla çıxış edib ki, ona bu gün Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun təhdidli bəyanatı ardıcıllıq edib. Orada Müdafiə naziri göründüyü kimi 2016-cı ilin aprel hücumunun Azərbaycan tərəfindən başladığını etiraf edib.
Xüsusiylə vurğulamaq istərdim ki, cavab 1990-cı illərdə, 2016-cı illərdə və eləcə də istənilən hər hansı bir anda Azərbaycanın başlatdığı təcavüz daha adekvat və güclü cavabla üzləşəcəkdir.
Partiya mənsubiyyətindən və siyasi fərqlərdən asılı olmayaraq yaşamaq hüququmuzu müdafiə etməkdən geri çəkilməyəcəyik “-deyərək fraksiya rəhbəri bəyan etdi.
Bununla yanaşı, o,beynəlxalq ictimaiyyətin bu bəyanatlara diqqəti cəlb etməsinin vacib olduğunu qeyd etdi, çünki Azərbaycan Minsk Qrupu formatıyla qəbul etdiyi üç əsas prinsipdən birini pozur , yəni gücün və təhdidin istisnası prinsipini pozmaqda davam edir.
“Əminəm ki, beynəlxalq ictimaiyyət, üstəlik, o beynəlxalq qurumlar ki,dünyada sülhün qorunmasına cavabdeh beynəlxalq təşkilatlardır, bu günlərdə COVID-19 pandemiyası ilə bağlı əlavə bəyanatlar veriblər. Onlar bu cür bəyanatlara qarşı laqeyd qalmamalıdır.
Çünki ola biləcək laqeydlik Əliyevin əlini sərbəst buraxma və bölgədə yeni bir eskalasiyaya yol açmağa imkan yarada bilər.Bütün bunlarsa ilk növbədə Azərbaycan üçün fəlakətli nəticələrə səbəb olacaqdır”-deyərək Makunts bəyan edib.







