Başlıcaİctimaiyyət

Nikol Paşinyan koronavirusa yoluxub

Ermənistanın baş naziri Nikol Paşinyana və ailəsinə koronavirus diaqnozu qoyulub.

Bunu ER hökumətinin başçısı özünün “Facebook” səhifəsində canlı yayımda bildirib.

“İşgüzar müşavirədə yoluxduğumu düşünürəm. Bilirsiniz, belə müşavirələrdə su ilə stəkan qoyurlar. Mən fikir verdim ki, stəkanları əlcəksiz qoyublar. Yerindəcə danladım və stəkanları dəyişmələrini istədim, amma artıq gecdi”.

N.Paşinyandan başqa, onun bütün ailə üzvləri də koronavirusa yoluxub: “Görünür, ailə üzvləri məhz məndən yoluxublar”.

“İqamətgahdan işləyəcəyəm. Məndə rabitə üçün bütün şərait və vasitələr var. Nə qədər mümkün olarsa, o qədər də çalışacağam”, – baş nazir deyib.

Qeyd edək ki, N.Paşinyan koronavirusa doğum günündə yoluxub. Bu gün onun 45 yaşı tamam olur.

İyunun 1-nə olan məlumata görə, Ermənistanda indiyədək 9 402 nəfərə COVID-19 diaqnozu qoyulub.

Daha çox göstər
Back to top button