
Bu mərhələdə Azərbaycan cəbhə xəttindəki mövcud vəziyyəti “qaynar” kimi təqdim etmək niyyətini güdür.
Bu haqda Artsaxın keçmiş Prezidentinin müşaviri Tiqran Abrahamyan öz Facebook səhifəsində yazır.
“Azərbaycan Prezidenti İlham Əliyevin güc tətbiq etməsi ilə bağlı verdiyi müsahibəyə Azərbaycan Müdafiə nazirinin keçirdiyi geniş əhatəli məşvərəti ardıcıllıq etdi. Orada eyni məntiqdə bəyanatlar verməklə yanaşı hərbi yolla məsələnin nizamlanmasıyla bağlı göründüyü kimi qoşunları hazırlamaq üçün “təlimatlar “ verilib.
Qeyd edək ki,bu bəyanatlar məzmunu baxımından gözlənilməz deyil.Oxşar tərzli fərqli bəyanatlar əvvəlki məsləhətləşmələrdən sonra bu üslubda səslsəndirilmişdir.
Bunlara cavab olaraq Artsax Prezident sarayından və Ermənistan Müdafiə nazirliyindən reaksiya verilib, lakin Azərbaycan bununla sanki kifayətlənmək bilmir..
Mayın 31-də səhər Azərbaycan Müdafiə nazirliyi ön xətdə baş verən hadisəylə bağlı (iri çaplı silahların və snayperlərin işə salınması) son dərəcə şübhə doğuran informasiya verdi ki, o da heç bir tərzlə təstiqini tapmır və qısa müddət sonra hərbi xassəli Azərbaycan KİV-dən biri Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən şərhlər yaydı ki, o da məzmun baxımıyla Azərbaycan prezidentinin və Müdafiə nazirinin son günlər səsləndirdiyi məlum bəyanatların məntiqinin “yeganə danışıq dili ki var o da silah gücüdür” dediyidir.
Həftə ərzində Azərbaycanda səsləndirilən müxtəlif hadisələr barədə təsdiqlənməmiş xəbərlər və təhdidlərə baxmayaraq, Artsaxın Müdafiə Ordusunun son bir həftə barədə analitik məlumatlarında atəşkəs pozuntularının sayının olduqca az olduğu və digər hadisələr barədə məlumat verilmədiyi bildirilir.
Belə alınır ki, müxtəlif səbəblərdən çıxış etməklə Azərbaycan ən azı bu mərhələdə cəbhə xəttindəki vəziyyəti “qaynar” şəkildə təqdim etmək niyyətindədir. Bu mərhələdə, “qaynar” ifadəsini anlamaq üçün bəzi təffərrüatları ətraflı şəkildə təhlil etmək lazımdır”. Mətn News-am-ə istinad edilib.







