
ER Parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Arman Abovyan öz Facebook səhifəsində yazıb:
“Görünür ki, Artsax münaqişəsi istiqamətində bizim hesablamalarımız doğrudur. Azərbaycan təxribatlarla vəziyyəti gərginləşdirməyə qərar verib. Ancaq məsələ nədir? Məhz bu gün Azərbaycan elitası yenə Artsax məsələsini oynatmağa qərar verib.
- Nəzərə alınmalıdır ki, anti-erməni faktoru yeni və süni azərbaycanlı millətin yaradılması üçün birləşdirən iddea olaraq olub və olmağa davam edir.
- Bu gün Azərbaycanda sosyal vəziyyət gün-günə pisləşir. Neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan büdcəsinin imkanları kəskin azalıb və Azərbaycanda korrupsiyanın yüksək səviyyəsi nəzərə alınsa, Azərbaycan rəhbərliyi həmişə olduğu kimi anti-erməni əhvallarla oynamağa çalışır və beləliklə, soydaşların diqqətini real problemlərdən yayındırmaq istəyir.
- Unutmamalıyıq ki, Azərbaycan heç vaxt Artsax məsələsinin nizamlanması istiqamətində müsbət niyyətində olmayıb, çünki bu, ilk növbədə anti-erməni ideologiyasına ziddir və ən önəmlisi bu, bizi bizim evimizdə məhv etməyə yönlənmiş pan-türkist layihəsinə ziddir.
Əlbətdə ki, azərbaycanlıların həyasız davranışı göstərmək üçün başqa səbəblər də var, amma məhz bu 3 səbəb əsas olandır”.







