Başlıcaİctimaiyyət

Qiyas İbrahimov azadlığa buraxılıb

İyunun 9-da Azərbaycanın paytaxtı Bakıda etiraz aksiyasını keçirən gənc fəal Qiyas İbrahimov barəsində araşdırma aparılıb.

Bu barədə ölkənin Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

“Turan” İformasiya Agentliyi xəbər verib ki, Nizami Rayon 25-ci polis bölməsinin yanında toplaşmış fəalların sözlərinə görə, İbrahimov bölmədən çıxarılaraq naməlum istiqamətinə aparılıb.

Azərbayacn KİV-ləri daha sonra xəbər veriblər ki, Qiyas İbrahimov iyunun 10-da sərbəst buraxılıb.

Qiyah İbrahimov bildirib ki, iyunun 9-da onu saxlayarkən həbs qərarı olmadığı üçün bu gün məhkəməyə aparılacağını söyləyiblər.

“Amma mən həbsimi qanunsuz sayıram,çünki cinayət törətməmişəm”,- deyə o vurğulayıb.

Daha çox göstər
Back to top button