Başlıcaİctimaiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı 10324-ə yüksəldi

İyunun 15-də Azərbaycanda koronavirus infeksiyasına daha 367 yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq evə buraxılıb, 3 xəstə ölüb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında Azərbaycanda hazırda 10324 nəfərin koronavirus infeksiyasına yoluxduğu qeyd olunub:
“Onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 pasient ölüb. Aktiv xəstə sayı 4463 nəfərdir”.
Operativ qərargah ötən müddətdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 386 min 898 testin aparıldığnı bildirib.







