Başlıcaİctimaiyyət

Askeranda yeni yaşayış binaları tikilir

Artsaxın İnvestisiya Fondunun köməyiylə Askeranda üç yeni  yaşayış binasının tikinti işləri davam edir.

Askeranın bələdiyyə başçısı Hayk Şamiryan “Artsakhpress”-ə açıqlamasında tikinti işlərinin 2019-cu ilin sentyabr ayında başladığını bildirdi:

“Binalar müasir tələblərə uyğun seysmik müqavimətli olacaqdır. Hal hazırda binalardan birinin damı, digər ikisinin mərtəbələri tikilir. 2-4 otaqlı 47 mənzil gecə-gündüz su və istiliklə təmin olunacaq. Onlardan bəzilərinin sosial cəhətdən həssas, çox uşaqlı, əlil, hərbi ailələrə, bəziləri isə ipoteka proqramıyla verilməsi nəzərdə tutulur. Noyabr ayında tikinti başa çatacaq və 2021-ci ildə binalar istifadəyə veriləcəkdir”.

O, bölgə mərkəzindəki mənzil problemi barədə danışarkən qeyd etdi ki, 106 vətəndaş bu məsələ ilə bağlı bələdiyyəyə müraciət edib. Proses davam edir. Artsax İnvestisiya Fondu, müraciətlərin sayı çox olarsa, 2021-ci ildə iki yeni binanın inşasına başlamağa hazır olduğunu bildirdi.

Daha çox göstər
Back to top button