ArtsaxBaşlıca

2021-ci ildə Artsaxda ikirəqəmli iqtisadi artım ola bilər: Arayik Harutyunyan

Artsax Prezidenti Arayik Harutyunyan canlı yayımda Artsax Prezidentinin 2020-2025-ci il plan layihəsini təqdim etdi.

“Biz döyüş hazırlığımızın səviyyəsini artırmalıyıq və 1-2 il sonra bu istiqamətdə ciddi irəliləyiş qeyd edə bilərik. Son 2-3 ildə ordunun döyüş hazırlığı, sosyal-məişət şəraitlərinin dəyişdirilməsi üçün aparılan işlər davam ediləcək.

Hər şey iqtisadi artım və göstəricilərdən asıllıdır. 2011-2012-ci illərdə bildirmişəm ki, iqtisadi artımın ən aşağı göstəricisi 8% olmalıdır və gələcək 5 ild üçün də biz belə planlaşdırırıq. Əminliklə deyə bilərəm ki, artıq 2021-ci ildə ikirəqəmli iqtisadi artımımız ola bilər. Layihədə 5 min iş yerinin açılmasından bəhs edilir, amma bu daha çox olacaqdır”,-deyə Artsax Prezidenti qeyd etdi.

O həmçinin vurğualdı ki, maaşlar və pensiyalar artmağa davam edəcək və bu hər il olacaqdır.

“40 min suvarma sahəsinə sahib olmağı planlaşdırırıq, proqram artıq başlamışdır. Bu, Ermənistanın ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynamağa imkan verəcəkdir. Artsaxda belə bir məsələmiz yoxdur, biz ərzaq təhlükəsizliyinin məsələsini həll etmişik. Bizim ən az 10 min meyvə bağımız olacaqdır.

Yaxın zamanda qoyun idxal edəcəyik. İlk idxal sentyabr-oktyabr aylarında olacaqdır. Hər il 50 minə yaxın qoyun idxal etməyə çalışacağıq”.

Prezidentin sözlərinə görə, önəmli planlardan biri mənzil tikintisi işləri olacaqdır. “Biz ildə 1000 mənzil demişik, amma əminliklə deyə bilərəm ki, bu rəqəm daha çox olacaqdır. Artıq investorlarımız var, biz layihələr hazırlayırıq və bu yalnız Stepanakertdə olmayacaq. Sosyal layihələri də həyata keçiriləcəkdir.

Gələcək 5 ildə ən az 80 km yolun inşası barədə də demişik. Qazı olmayan kəndlərdə işiq qiyməti sentyabrdan 14 dram düşəcəkdir”

Artsax Prezidenti həmçinin pulsuz ali təhsil barədə də danışdı: “Daha keyfiyyətli təhsil sistemimiz olacaq. Səhiyyə sistemində də islahatlara başlayacağıq. Hanvarın 1-dən ali təhsil üçün dövlət ödəyəcəkdir. Səhiyyə sistemində işləyənlərin maşları artacaqdır. İstisna deyil ki, bu sentyabrdan olacaq. İnanın ki, yaxşı olacaqdır”,-deyə Arayik Harutyunyan vurğualdı.

Daha çox göstər
Back to top button