Başlıcaİctimaiyyət

Metsamor Atom Elektrik Stansiyası plan tədbirlərinin görülməsi üçün fəaliyyətini dayandırıb

İyulun 1-də Ermənistanın Metsamor Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görülməsi üçün 65 gün müddətinə fəaliyyətini dayandırıb. Tədbirdə stansiyanın ikinci enerji blokunun modernlə.dirilməsi çərçivəsində həyata keçirilir.

“Bu planlı təmir çərçviəsində reaktor təmir olunacaq, informasiya sistemləri yeni və daha müasir sistemlər əvəzlənəcək, tənzilmləmə və kompensaiya kasetlərinin (ARC) yoxlanılması, həmçinin birinci konturun əsas avadanlıqlarının metal nəzarəti keçiriləcək”,- deyə AES-in baş direktoru Movses Vardanyan bildirib.

Ermənistandakı Atom Elektrik Stansiyasının planlı profilaktik təmiri stansiyasının modernləşdirilməsi və təhlükəsizliyin daha da artırlması ilə birgə aparılır, çünki işlərin bir qismi blokun dayandırıldığı zaman həyata keçirilə bilər.
Metsamor AES-in fəaliyyətinin dayandırlmasına toxunan Yuri Sveridenkon qeyd etdi ki, bütün əsas fiziki əməliyyatları 2021-ci ildə həyata keçiriləcək. Cari ildə isə raktoru təmiri işləri aparılacaq.

2019-cu ildə raktor zavodunda işlər aparıldı, maşın avadanlıqlarının hərtərəfli modernləşdirilməsi və dəyişdirilməsi işləri həyata keçirilib, sistemlərin və avadanlıqlarının planlaşdırma işləri başa çatıb. Bundan başqa, lazımi avadanlıqlar stansiyaya çatdırılıb.

Daha çox göstər
Back to top button