Başlıcaİctimaiyyət

Xaricdə qalan Azərbaycan vətəndaşları çətinlikdən şikayətlənməyə davam edirlər

Gürcüstanda və Dağıstanda qalmış  Azərbaycan vətəndaşları Azərbaycana qaytarılmaqda yaranmış çətinlikdən şikayətlənməyə davam edirlər. Məlumatı “Turan” agentliyi yayıb.

Belə ki, Gürcüstanda 700-ə yaxın Azərbaycan vətəndaşı sərhəddi keçməyi gözləyir. 2-3 həftədə bir dəfə 200 nəfər buraxılır. Bununla yanaşı, Azərbaycan səfirliyi onlardan koronavirus testi üçün 110 lari ödəməyi tələb edir.

Əgər test müsbət olarsa, onları Gürcüstanda saxlayırlar, amma bəziləri müsbət testlə belə evakuasiya olunur və Azərbaycanda karantinə yerləşdirilir.

Gözləyənlər arasında ailələri Azərbaycanda olan Gürcüstan vətəndaşları da var, amma onlar gələ bilmirlər.

Dağıstana gəlincə, orada vəziyyət oxşardır-Azərbaycan vətəndaşları əvvəlkitək Qullar qəsəbəsi yaxınlığındakı çadır düşərgəsində ağır şəraitdə yaşayırlar. Onlar şikayət edirlər ki, ilk növbədə sərhəddən rüşvət verənlər keçir.

Lakin XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu iddiaları əsassız hesab edir. O, “Turan”ın müxbirinə bildirib ki, Gürcüstanda olan Azərbaycan vətəndaşları “müvafiq qarafik üzrə qayıdırlar”. Bu halda, test nəticəsi mənfi olan şəxslər karantinə aparılmır.

Daha çox göstər
Back to top button