BaşlıcaBeynəlxalq

AİHM Leyla və Arif Yunusun işi üzrə qərarını elan edəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 16-da Azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə qərarını elan edəcək.

Turan agentliyinə əsasən, Niderlandda siyasi mühacirətdə yaşayan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və bu QHT-nin departament müdiri Arif Yunus cinayət təqibinə məruz qalmalarını hakimiyyəti tənqid etmələri ilə əlaqələndirərək, Azərbaycanda məhkəmədən əvvəl həbslərindən şikayət veriblər,

Yunuslar 2014-cü ildə Bakı aeroportunda ölkədən gedərkən saxlanılıblar. Onların ofisində və mənzilində axtarış aparılıb. Axtarış zaman A.Yunus özünü pis hiss edib və xəstəxanaya aparılıb.

Azərbaycan məhkəmələri onların bu əməllərin qanunsuzluğu ilə bağlı şikayətlərinə məhəl qoymayıblar. Bunun ardınca, 2014-cü ilin avqustunda Yunuslar fırıldaqçılıq, vergilərdən yayınma və mənimsəmə ittihamı ilə həbs ediliblər.

Ermənistanın xeyrinə casusluq ittihamı ayrı icraata götürülüb, amma icraat davam etdirilməyib.

Bir il sonra Leyla və Arif Yunus müvafiq olaraq 8,5 və 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Onlar AİHM-yə şikayətlərində Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 3 (işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsi), 5 (azadlıq, şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə araşdırması hüququ), 8 (ailə həyatına hörmət hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrindən istifadə hüququ) maddələrinin, 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasının təsdiq edilməsini xahiş edirlər.

Ərizəçilər hesab edirlər ki, onların təqib olunmasına fəal vətəndaş mövqeləri və hökuməti tənqid etmələri səbəb olub.

Onlar 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hüdudları) maddəsinin pozulmasını – yəni onlara qarşı repressiyaların siyasi motivli olmasını təsdiq etməyi xahiş edirlər.

Leyla və Arif Yunusun onlara qarşı cinayət işinin mahiyyəti ilə bağlı daha bir ərizəsi AİHM-nin icraatındadır.

Daha çox göstər
Back to top button