Başlıcaİctimaiyyət

Almaniyada yaşayan mühacirlər azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunmasını tələb edir

Almaniyada yaşayan mühacirlər azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunmasını tələb ediblər. Bu məqsədlə iyulun 9-da Berlin şəhərində ABŞ-ın Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələblərilə mitinq keçirilib.

MeydanTV-nin məlumatına görə, aksiyanın təşkilatçısı Demokratik Azərbaycanı Seç (DAS) təşkilatıdır.

Aksiya içtirakçıları qeyd ediblər ki, ölkədə demokratik prinsipləri tamamilə məhv edilib. Son illər ölkədə siyasi məhbusların sayı 100-ü keçib. 2014-cü ildən sonra Azərbaycan məkanında vətəndaş cəmiyyəti tamamilə sıradan çıxarılıb. İctimai nəzarət demək olar ki, yox səviyyəsindədir. Müstəqil çap mətbuatı da artıq Azərbaycan məkanında yoxdur. Bütün telekanallar siyasi hakimiyyətin birbaşa nəzarətindədir. Müstəqil və tənqidi fikir bildirənlərə qarşı siyasi hakimiyyətin sifarişilə saxta məhkəmələr qurulur və saxta ittihamlarlahəbslər həyata keçirilir.

Aksiyaçılar saxlanılan şəxslərə qarşı işgəncə hallarının və siyasi təzyiqlər, təqiblər, həbslər – bütövlükdə repressiyaların son qoyulmasını tələb ediblər.

İştiakçılar mitinqi sonunda müraciətlərini və tələblərini ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinin, Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndələrinə təqdim ediblər.

Daha çox göstər
Back to top button