Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusdan ölənlərin sayı 284 nəfərə çatıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 548 yeni yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505, ötən müddət ərzində isə ümumilikdə 544 735 test aparılıb.

Daha çox göstər
Back to top button