BaşlıcaSiyasət

Azərbaycanlılar UAZ ilə ER dövlət sərhədini pozmağa çalışdılar

Azərbaycan əskərləri  Tavuş istiqamətində ikinci dəfə cəhd etdilər, lakin geri çəkildilər. Erməni tərəfdən itki yoxdur.

“SputnikArmeniya”-nın verdiyi məlumata görə, Azərbaycan hərbçiləri ER dövlət sərhədini pozmağa cəhd göstəriblər. Xəbəri özünün Facebook səhifəsində ER Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan  bəyan edib.

“Bu gün saat 12:30 radələrində Azərbaycan silahlı qüvvələrinin hərbçiləri, anlaşılmaz səbəbdən, UAZ avtomobili ilə Tavuş istiqamətində ER dövlət sərhədini pozmağa cəhd etmişdir.

Erməni  tərəfinin xəbərdarlığından sonra azərbaycanlı  əskərlər “UAZ” markalı avtomobillərini buraxaraq öz çıxış nöqtəsinə qayıtmışlar”-deyərək Stepanyan yazıb.

O, əlavə edib ki, birinci cəhdən  təxminən  1 saatdan sonra saat  13:45 radələrində Azərbaycan silahlı qüvvələrinin əskərləri erməni tərəfinin sərhəd mövqeyini işğal etmək cəhdini təkrarladılar.

 Onlar artilleriya atəşindən istifadə etdilər, lakin erməni tərəfindən təzyiqə məruz qalaraq  geriyə atılmışlar. Erməni tərəfindən itkilər yoxdur. Xatırladaq ki, martın 31-də , saat 19.00 radələrində, Azərbaycan tərəfi Tavuş  vilayətinin Noyemberyan bölgəsindəki erməni mövqeləri istiqamətində təxribatçı təcavüzə cəhd etmişdir.

 Rəqib tərəf Bağhanis və Voskevan kəndlərini hədəfə aldı, onun nəticəsində Voskevan icmasından bir uşaq eyvanda olarkən  yaralanmışdır.Ondan başqa iki  hərbiçi   xəsarət almışdır.

Daha sonra, mayın 22-də  rəqib  tərəf Artsax Müdafiə Ordusunun hərbi hissələrindən birinin  müdafiə məntəqəsi istiqamətində  təxribat törətməyə cəhd edib.Rəqib  təkrarən  çıxış  mövqeyinə atılıb.Genişlənmiş  atışma zamanı Müdafiə Ordusunun itkisi olmayıb.

Daha çox göstər
Back to top button