BaşlıcaTəhlil

Karvaçarda qətl…

4 iyul 2014-cü ildə Artsax Respublikasının polisi Karvaçar rayonunda 17 yaşlı Smbat Tsakanyanın itkin düşməsi barədə xəbər aldı. 2 həftədən sonra onun cəsədi dağlarda tapıldı.

İyulun 6-da rayon ərazisində Azərbaycan vətəndaşı Şahbaz Quliyev aşkar edilərək saxlanılıb. İyulun 11-də həmvətəni Həsən Həsənov marşın oğurlamaq məqsədilə Ermənistan Silahlı Qüvvələrinin mayoru Sargis Abrahamyanı pulemyotdan öldürərək sərnişin Karine Davtyanı ağır yaralayıb. Bundan sonra Həsənov DQR Müdafiə Ordusunun hərbçiləri tərəfindən aşkarlanıb və silahlı müqavimətlə qaçmaq istəyərkən güllələnib. İyulun 14-də Azərbaycan qrupunun üçüncü üzvü Dilqəm Əsgərov da tutulub.

Dindirmə zamanı Quliyev təsadüfən erməni yeniyetmənin harada olduğu barədə heç bir şey bilmədiyini deyib və şübhə altına düşüb. Daha sonra azərbaycanlıların video kamerasında Smbat Tsakanyanın göründüyü kadrlar tapıldı. “Bu kənddən keçərkən bir “donuz” tutduq. Onu buraxmaq mümkün deyil, çünki bizim haqqımızda söyləyər. O 20 yaşındadır”,- videoda Əsgərov deyir. İyulun 7-də Əsgərov gənci öldürüb.

2011-ci ildə Azərbaycanda nəşr olunan “Kəlbəcərə tək getmə, ata !!!” kitabında Ziyadin İsmayılov Əsgərov haqqında maraqlı məlumatlar verir. Xüsusilə, onun Bakı yaxınlığındakı Qara Heybat mərkəzində hərbi təlim keçdiyi və Qarabağ müharibəsi illərində kəşfiyyat qrupuna rəhbərlik etdiyi qeyd edilir. Kitabda Əsgərovun Qarabağda mülki şəxslərin qətliamında iştirakı epizodları da vardır. Müəllif 1998-2007-ci illərdə Əsgərovun üç dəfə təmas xəttini keçdiyini də bildirir. 2014-cü ildə isə, o, Artsaxa dördüncü dəfə Azərbaycanın bir kəşfiyyat işçisi Quliyev və Həsənovla girib.

Суд над азербайджанскими диверсантами

Əsgərov və Quliyevin sadəcə qohumlarının məzarlarını ziyarət etmək istədiyini və girov düşdüyünü sübut etmək üçün Bakıda onları Karvaçarlı təqdim edirlər. Əslində isə, yalnız Əsgərovun anası bu yerlərin sakini idi. Kitabda anasının məzar fotoşəkili yer alır, bu məzarlığın tamamilə bütöv olması da görünür. Əsgərov bu əraziləri yaxşı birirdi və Smbat Tsakanyanın “bələdçi” olma iddialarıyla ziddiyət təşkil edir.

Qrupda tapılan videokameranın məzmunu, onlarda olan silahlar, döyüş sursatları və digər xüsusi əşyalar qrupun kəşfiyyat və təxribat məqsədi ilə gizli şəkildə Artsax ərazisinə girdiyini sübut edir. Stepanakertdəki məhkəmə açıq keçirildi və Artsax Respublikasının hakimiyyəti beynəlxalq monitorinq üçün heç bir maneə olmadığını bildirdi. Təqsirləndirilən şəxslər günahlarını qismən etiraf etdilər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Stepanakert nümayəndə heyətinin nümayəndələri mütəmadi olaraq onlara baş çəkirlər. Onların qohumlarıyla əlaqəsi internet vasitəsi ilə təmin edilir və bu, BQXK-nın Bakı nümayəndə heyəti tərəfindən dəfələrlə təsdiqlənmişdir.

Son 6 ildir ki, Bakı təxribatçılarının geri qayıtmasını təmin etməyə çalışır. Ancaq Yerevan və Stepanakert dəfələrlə rəsmi şəkildə Əsgərov və Quliyevin cinayətkar olduqlarını, girov olmadığını və erməni tərəfi üçün ekstradisiyanın qəbuledilməz olduğunu açıqlayırlar. Çünki bu, Artsax Respublikasının və Ermənistanın milli təhlükəsizliyi ilə əlaqədardır. Bundan başqa.

Bundan başqa, Qarabağ münaqişəsi tarixində artıq erməni qatilinin ekstradisiyası hadisəsi mövcuddur. 2004-cüq ildə yatmış erməni zabiti baltayla öldürən R. Səfərov 2012-ci ildə vətənə döndü və dövlət tərəfindən əfv olundu. Azərbaycanda və Türkiyədə o bir qəhrəmandır və şübhə yoxdur ki, Əsgərovla Quliyev də dərhal əfv edilərək mükafatlandırılacaqlar.

Рамиль Сафаров

Müəllif Marina Qrigoryan, Mənbə Regnum.ru.

Daha çox göstər
Back to top button