
İyulun 11-də ER Silahlı qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Onik Qasparyan RF-nın ER-da səfirliyinin hərbi-hava attaşesi, polkovnik Andrey Qrisçuku qəbul etdi. Bu haqda ER Müdafiə nazirliyindən məlumatlandırılıb.
Görüş ərzində Ermənistan-Rusiya ikitərəfli müdafiə sahəsində əməkdaşlıq və görülən tədbirlərə toxunulub. Həmsöhbətlər gələcək əməkdaşlıq proqramlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.







