BaşlıcaSiyasət

Ruben Rubinyan: “Əgər ağıla gəlməsələr və aqresiv hərəkətlərini dayandırmasalar, Silahlı Qüvvələrimiz onları ayıq olmağa məcbur edəcək”

ER Parlamentinin xarci münasibətlər üzrə komitənin sədri Ruben Rubinyan Türkiyə hakimiyyətini dərhal ayıq olmağa və azərbaycanlı həmkarlarını ayıqlamağa çağırıb. Əksi halda, ER Silahlı Qüvvələri, iyulun 12-13-də göstərdiyi kimi, ayıq olmağa məcbur edəcəklər.

Bu barədə ER Parlamentinin iclasında Ruben Rubinyan bildirib.

Deputat xatırlatdı ki, dünyada bütün ölkələrin epidemiya ilə mübarizə apardığı şəraitdə, Azərbaycan Ermənistan-Azərbaycan sərhədində təxribata əl atıb. Rubinyanın sözlərinə görə, bu, bir daha bu ölkənin geridə qalmış və hərbi rühlü mahiyyətini göstərib.

Azərbaycanın hərəkətlərinə Ermənistanın müvafiq qurumları tərəfindən artıq sadə qiymətləndirmə verilib. Bu çərçivədə Rubinyan Türkiyənin reaksiyasından da danışdı.

“Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatı ilə Azərbaycanın təcavüzkar hərəkətlərini müdafiə edərək, Azərbaycana qeyd-şərtsiz dəstəyini bildirdi. Bu deməkdir ki, Türkiyə özünü Qarabağ ümnaqişəsinin tərəfi kimi təqdim edir və bir daha təsdiqləyir ki, Türkiyənin Dağlıq münaqişəsi ilə bağlı heç bir beynəlxalq rolu olmayacaq”,- deyə Ruben Rubinyan bildirib.

Türkiyə XİN başçısının bəyanatına toxunan deputat Türkiyə hakimiyyətinə sayıq olmağa və sonra azərbaycanlı həmkarlarını ayıqlamağa çağırıb.

“Əgər onlar ayıq olmasalar və Ermənistan-Azərbaycan sərhədində qanunsuz hərəkətlərinə son qoymasalar, Silahlı Qüvvələrimiz, 12-13 iyul hadisələrdə göstərdiyi kimi, ayıq olmağa məcbur edəcəklər, bunu isə yaxşı eləyirlər”,- deyə Ruben Rubinyan vurğulayıb.

Daha çox göstər
Back to top button