BaşlıcaSiyasət

Azərbaycanda Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib

Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycanın Xarici işlər naziri təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzifəsindən azad olunub. 

Qeyd edək ki, E.Məmmədyarov 2 aprel 2004-ci ildən nazir idi. Son günlər o mətbuatda və sosial şəbəkələrdə tənqid olunurdu.

Daha çox göstər
Back to top button