BaşlıcaEkonomika

ER iqtisadiyyatın sahələri bərpa olunur. İqtisadi aktivlik indeksi may ayına nisbətən iyun ayında 14,8% artıb

Koronavirus epidemiyası şəraitində Ermənistanın iqtisadi aktivlik indeksi 2020-ci ilin may ayından bəri əvvəlki ayla müqayisədə artır. Armenpress-in bildirdiyinə görə, ER Milli Statistika Komitəsinin yaydığı məlumatlara görə, may ayında iqtisadi akrivlik indeksi aprel ayı ilə müqayisədə 13,3%, iyun ayı indeksi may ayı ilə müqayisədə 14,8% artmışdır.

Bununla yanaşı, bu ilin iyun ayında may ayına nisbətən sənaye istehsalı, tikinti, ticarət dövriyyəsi, göstərilən xidmətlərin həcmi, eləcə də xarici ticarət dövriyyəsi artmışdır. Xüsusilə, may ayı ilə müqayisədə iyun ayında ixrac 14,7%, idxal 13,1% artdı. İyun ayında tikinti həcmi əvvəlki aya görə 21,6% artdı.

Bundan başqa, aylıq olaraq aprel ayından bəri iqtisadi eniş tempi keçən ilin eyni aylarına nisbətən zəifləyir. 2020-ci ilin aprel ayında iqtisadi aktivlik indeksi əvvəlki ilin aprel ayına nisbətən 16,3% azalıb, bu ilin may ayında eniş ötən ilin may ayına nisbətən 12,8%, iyunda isə keçən ilin iyun ayına nisbətən eniş cəmi 7,5% olub.

Daha çox göstər
Back to top button