BaşlıcaSiyasət

Deputat: Türkiyə Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlarına qoşulmayacaq

“Armenpress”-in verdiyi məlumata görə,  ER parlamentinin “Mənim addımım”  fraksiyasının üzvü, Azərbaycan üzrə ekspert Tatev  Hayrapetyanın fikrincə, hazırkı Türkiyə rəhbərliyi Azərbaycanın geniş miqyaslı əməliyyatına  qoşulmayacaq.

“Türkiyə öz addımları, öz hərəkətləri və ifadələri ilə özünü açıq şəkildə bizə qarşı bir rəqib olduğunu  göstərir. Bu baxımdan əlbəttə ki, hər tərəfdən hazır olmalıyıq, amma hesab edirəm ki, Türkiyənin hazırkı rəhbərliyi belə bir səhv etməz, çünki Türkiyə fəaliyyəti  təkcə Ermənistan üçün deyil, bölgədəki digər ölkələr üçün də bir təhlükəsizlik təhdididir” – deyərək Hayrapetyan qeyd etdi.

Türkiyə və Azərbaycan silahlı qüvvələri Naxicevan bölgəsində avqustun 10-dək davam edəcək genişmiqyaslı birgə hərbi təlimə başladılar.

Daha çox göstər
Back to top button