BaşlıcaTəhlil

Ermənistan iyul döyüşlərində mütləq qalib gəldi: Hərbi ekspert

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Tovuz istiqamətində iyulun 12-dən başlamış və bir həftə sürən hərbi əməliyyatlardə mütləq deyə bilərik ki, Ermənistan qalib gəldi.

Bu barədə 1in.am-ə müsahibədə hərbi ekspert Hraç Petrosyants deyib.

“Bu döyüşlərdə biz rəqibin PUA-larının qarşısını uğurla aldıq və nəticədəAzərbaycan tərəfinin çoxsaylı itkiləri olub. Biz də yeni texnikalarımızdan uğurla istifadə etdik. Atəşimizdən rəqibin yüksəkrütbəli hərbçiləri həlak oldu və deyə bilərik ki, Silahlı Qüvvələrimiz çox səmərəli hərəkət etdi. Bir neçə gün sürən intensiv döyüşlərdə biz göstərdik ki, 2016-cı ildən fərqli olaraq, PUA-lara qarşı mübarizəyə daha hazırdıq”,-Petrosyants qeyd etdi.

2016-cı il aprel döyüşləri ilə Tavuş döyüşləri arasında olan paralellərə gəlincə, Petrosyants bildirib ki, bəzi komponentlər müqayisə oluna bilər, lakin bunlar öz xarakteri, həcmləri və bəzi aspektlərlə fərqli idilər.

“2016-cı il aprel döyüşlərində sərhədçilərimiz tərəfindən vurulmuş helikopterdə, xatırlayırsınızsa, xəritələr aşkarlanmışdı və bunlar TV ilə göstərildi. Xəritələrdə işğal etmək istədikləri əraziləri vardı, amma onlar bunu bacarmadılar”.

Petrosyantsın fikrincə, Artsax cəbhəsində rəqib istədiyi addımları atır, amma Ermənistanla sərhədində bəzi məhdudiyyətləri var. Rəqib yaxşı başa düşür ki, ER sərhədlərinə qarşı genişmiqyası hərbi əməliyyatlar keçirmənin ehtimalı azdır.

Daha çox göstər
Back to top button