BaşlıcaİdmanSiyasət

Baş nazirin sərəncamı: “Qeyri-döyüş şəraitində ölən hərbçilərin cinayət hadisələrini araşdırmaq üçün işçi qrupu yaradılacaqdır”

Qeyri-döyüş şəraitində ölən hərbçilərin cinayət hadisələrini araşdırmaq üçün işçi qrupu yaradılacaqdır. Baş nazirin qərarı

Bu gün, avqustun 3-də  Baş nazir Nikol Paşinyan yeni bir qərara imza atdı.

Qərarda, xüsusən bildirilir:

“Hökümətin quruluşu və fəaliyyəti haqqında” Ermənistan Respublikası Qanununun 7-ci maddəsinin 16-cı bəndinə əsasən:

1. Qeyri-döyüş şəraitində ölən hərbçilərin ölümü ilə əlaqədar başlanmış cinayət işlərinin araşdırılması məqsədi ilə işçi qrupu (bundan sonra – işçi qrupu) yaradılsın,və onun  iş qaydaları 1 nömrəli əlavəyə uyğun olaraq təsdiq edilsin.

2. İşçi qrupun şəxsi heyəti 2 N əlavəyə uyğun olaraq təsdiq edilsin.

3. İşçi qrup tərəfindən araşdırılmaya aid olanvə  baxılacaq cinayət işlərinin siyahısı 3 N əlavəyə uyğun olaraq təsdiq edilsin.

4. Bu qərar rəsmən dərc edildiyi gündən qüvvəyə minir.

Daha çox göstər
Back to top button