BaşlıcaSiyasət

Avropa Parlamentinin Portuqaliyalı üzvü Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etmək çağırışı dəstəklənir

Avropa Parlamentinin Portuqaliyalı üzvü İzabel Santos Avropa İttifaqının Azərbaycanın insan hüquqlarının pozulmasında rolu olan məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi haqqında təklifini dəstəkləyir.

Ermənistanın İctimai Radiposu “Turan” informasiya agentliyinə istinadən xəbər verir ki, Santos Avropa Parlamentinin “Sosialistlər və Demokratlar” qrupunun vitse-prezidenti Keti Pirinin Azərbaycanda repressiya aparan rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etmək çağırışını dəstəklədiyini bildirib.

“Azərbaycan hüquq-mühafizə orqanlarının Fuad Qəhrəmanlıya qarşı tətbiq etidiyi ağır işgəncələrə dair etibarlı məlumatlar bizi narahat edir”, deyən Santos Azərbaycanda insan hüquqları sahəsində vəziyyəti diqqətlə izlədiyini qeyd edib.

“Bu hərəkətlər müxalifətin sistematik şəkildə qorxudulması, həbs edilməsi və susdurulmasının nümunəsidir”, deyə Santos bildirib.

Azərbaycanda müntəzəm olaraq ölkə qanunları və beynəlxalq qanunlar pozulur və beynəlxalq ictimaiyyət buna dözməyə davam edə bilməyəcək.

“Bu sanksiyalar Azərbaycana və zorakılıq və azadlıqların pozulmasının qurbanı olan və bizim həmrəy olduğumuz insanlara qarşı deyil, ölkədəki siyasi müxalifətin və vətəndaş cəmiyyətinə qarşı şiddətli repressiyalar aparan Azərbaycan rəsmilərinə qarşıdır”, deyə o bildirib.

Daha çox göstər
Back to top button