BaşlıcaSiyasət

Rusiyalı ekspert: “Türkiyə Qarabağ münaqişəsinə tərəf yönəldi”

Türkiyə vasitəçi rolunu oynamağı dayandırdı və qarşıdurmanın tərəfinə çevrildi, Qafqaz Araşdırmaları Elmi Cəmiyyətinin sədri İMEMO RAN-ın baş elmi işçisi Aleksandr Krılov “Novosti-Armeniya” ya müsahibəsində Qarabağın nizamlanması perspektivləri barədə danışdı.

“Türkiyənin Cənubi Qafqazdakı siyasəti son vaxtlar xeyli dərəcədə intensivləşdi. Bakı və Ankara Qarabağ problemi və Ermənistanla münasibətdə ortaq mövqe tutdular. Hazırda Türkiyə ATƏT-in Minsk Qrupunun Bakının siyasətini qeyd-şərtsiz dəstəkləyən yeganə üzvüdür” –deyə o, qeyd edib.

Bununla yanaşı, ekspert Azərbaycanın Türkiyədən asılılığının daim artdığını diqqətə çatdırıb.

“Azərbaycan ordusunun zabitləri Türkiyədə hazırlaşır Ankara Azərbaycanda  geniç miqyaslı  iqtisadi, soaial  və təhsil proqramlarını həyata keçirir ki, onlar da türk təsirinin möhkəmlənməsinə yönəlib..

Türk ordusunun Azərbaycan ərazisindəki mövcudluğu daimi hala gəldi, miqyası daim artır, bu da sonrakı dövrlərdə Azərbaycan-Türkiyə hərbi manevrləri asanlaşacaqdır”-deyərək Krılov qeyd edib.

O, faktiki olaraq Türkiyənin əyalətinə çevrilən “Şimali Kipr Türk Cümhuriyyəti”nin analoquna çevrilmə perspektivinin getdikcə daha da aydınlaşdığını vurğuladı.

“Belə bir senari Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Afrikadan Çinin sərhədlərinə qədər Türkiyənin siyasi təsirini artırması siyasətinə mükəmməl şəkildə uyğundur.

Bununla belə  o qarşıdurmalar və gözlənilməz nəticələrlə doludur (ilk növbədə Türkiyənin özü üçün).

Azərbaycanın Türkiyə tərəfindən həqiqi mənimsənilməsi senarisinin maraqlara zidd olduğu aydındır. Rusiya və İran, habelə  region   dövlətləri Cənubi Qafqazda sabitlikdə maraqlıdır”-deyərək  Krılov  qeyd edib.

Daha çox göstər
Back to top button