BaşlıcaSiyasət

Medvedev: “Erməni-azərbaycan münaqişəsi Rusiyada zorakılıq və qarşıdurmalar üçün zəmin yaratmamalıdır”

“RİA Novosti”nin verdiyi məlumata görə, erməni-azərbaycan münaqişəsindən danışan “Yedinaya Rosiya” partiyasının lideri Dmitri Medvedev, məsələnin Rusiya Federasiyası daxilində zorakılıq və qarşıdurmalar üçün əsas yaratmamalı olduğunu bildirdi.

“Mənə elə gəlir ki, hüquq-mühafizə orqanlarımız bu məsələnin ölkə daxilində zorakılığa və hər hansı qarşıdurmaya zəmin yaratmamasına diqqət yetirməlidirlər”- deyərək “PolitStart” kadr layihəsinin iştirakçıları ilə görüşü zamanı bildirib.

 Medvedev qeyd edib ki, diasporlar həmçinin  öz məsuliyyət hissini duymalıdır. “Əks təqdirdə, Rusiya qanunlarını pozanlar, millətindən asılı olmayaraq Rusiya qanunlarına görə məsuliyyətə cəlb olunmalıdırlar.  

Və əgər bu pozuntular xarici vətəndaşlar, hətta dost ölkələrimizdirsə, biz onlara qarşı da aydın tədbirlər görməliyik. Əgər məsuliyyət götürməyə başqa bir başlanğıc yoxdursa, sadəcə ölkədən deportasiya edilməlidir”-deyərək  Dmitri Medvedev bildirib

Daha çox göstər
Back to top button