BaşlıcaTəhlil

Türkiyə regiondakı nisbətən kövrək sülh üçün təhükədir: Türkoloq

Türkiyənin xarici siyasəti, keçmişdə olduğu kimi, indi də Türkiyənin qonşu bölgələrində öz təsir zonalarının yaradılmasına yönəlmişdir. Bu barədə “Hetq”-ə müsahibədə türkoloq Varujan Geğamyan deyib.

Onun sözlərinə görə, bu zonaların yaradılması yalnız “Yumşaq güc” ilə deyil, məhz güc və hərbi əməliyyatların tətbiqi ilə həyata keçirilir. Türkiyənin Suriyada, İraqda və Aralıq dənizinin şərq hövzəsində son hərbi əməiyyatları və digər oxşar hadisələri bunun parlaq nümunələridir.

Geğamyanın fikrincə, Türkiyə bölgədə ekspansionist siyasəti aparır və sir deyil ki, ER-nın da bu planlardaxüsusi yeri var və Türkiyə getdikcə bu barədə daha açıq danışmağa başlayıb. Türkiyə öz siyasəti ilə regiondakı nisbətən kövrək sülhü üçün təhükə yaradır.

Türkoloq hesab edir ki, bu halda Ermənistan, Misir, BƏƏ və digər ölkələr üçün Türkiyənin regiondakı ambisiyalarının cilovlanması əsas məsələ olmalıdır. O həmçinin Suriyada hazırda başverənləri xatırladaraq, Rusiya ilə Türkiyə arasında olan qarşıdurmaya diqqət çəkir.

Rusiya və Türkiyə arasındakı gərginliyinin regiona olan təsirinə gəlincə, Varujan Geğamyan qeyd edib ki, bu iki ölkə arasında son 200 ildə bir çox dəfə müharibə olub və biz təsir zonalarının yaradılması üçün aparılan ənənəvi münaqişənin şahidiyik. Türkoloq bu kontekstdə İranın da rolunu qeyd edib.

Tavuş istiqamətində iyulda baş verən gərginliyin fonunda Trkiyənin Azərbaycana göstərdiyi dəsətəyə və bəyanatlara gəlincə türkoloq vurğulayıb ki, 1990-cı ildən bəri Türkiyə tərəfindən ER-ya qarşı birbaşa hərbi təhdidlər olmamışdı və indi biz görünməmişbir ritorika görürürk və Türkiyə regionumuzdakı həbi-siyasi və ikitərəfli münasibətlərə, münaiqşələrə daxil olmağa cəhd edir.

Daha çox göstər
Back to top button