Başlıcaİctimaiyyət

Anna Hakobyan “Qadınlar sülh naminə” təşəbbüsünə azərbaycanlıların qoşulması barədə

“Qadınlar sülh naminə” təşəbbüsünun nəticələri barədə danışmaq üçün hələ tezdir. Bu barədə ER Baş nazirinin həyat yoldaşı Anna Hakobyan “Azatutyun” radiosuna deyib.

“Təşəbbüs indi nəticə verə bilməz. Ümidvaram ki, gələcəkdə nəticələri olar. Bu bizim işimizdən asıllıdır, hər bir azərbaycanlı və erməni qadınından və anadan asılıdır. “Qadınlar sülh naminə” təşəbbüsünün qadın iştirakçılarının siyasi qərarlar alanlara təsiri olmalıdır ki, hərbi amili bir yana buraxıb məsələni sülh yolu ilə həll etsinlər”.

Anna Hakobyan qeyd etdi ki, heç bir beynəlxalq təşkilatdan yardım və ya maneə olmasını gözləmir, çünki 30 ildir ki, münaqişə davam edir, lakin mövcud vasitələr kömək etmir. Bunun səbəbi isə, lokal müharibələrin təkrarlanmasıdır. “30 il bu cür cəhdlər üçün kifayət qədər vaxtdır”,-Hakobyan vurğulayıb.

Onun sözlərinə görə, müharibə heç bir zaman iki ölkə xalqının böyük bir hissəsinin tərəfindən rədd edilməmişdi və indi bu ilk dəfə olur. “Ümidvaram ki, bu təşəbbüsüə həm Ermənistandan, həm də Azərbaycandan bir çox qadın qoşulacaq”,-Hakobyan qeyd edib.

O həmçinin bildirib ki, bütün dünya Azərbaycanın necə bir ölkə olduğunu bilir. Orada yüzlərlə siyasi məhbus var, etiraz aksiyaları kobudcasına dağıdılır və bu halda oradan hər hansı bir reaksiya gözləmək çətindir. “Saytımıza bir çox insan girdi, lakin qoşulmuş azərbaycanlılar barədə onların təhlükəsizliyindən dolayı məılumat vermirik. Yavaş-Yavaş irəli gedirik”.

Anna hakobyan onu da vurğulayıb ki, bu onun təşəbbüsüdür, amma bütün addımları həyat yoldaşı ilə razılaşdırır.

Daha çox göstər
Back to top button