BaşlıcaSiyasət

Sevr müqaviləsi tarixi faktdır, onu xatırlamaq və onun mahiyyətini qorumaq borcumuzdur: ER baş naziri

ER baş naziri Nikol Paşinyan Sevr müqaviləsinin imzalanmasının 100 illiyinə həsr olunmuş konfrans iştirakçılarına mesaj göndərib:

“Əziz həmvətənlər,

Sevr müqaviləsinin imzalanmasının 100 illiyinə həsr olunmuş konfransın bütün iştirakçılarını salamlayıram. Bu çox vacib tədbirin təşəbbüsünə görə dərin minnətdarlığımı bildirirəm.

Sevr müqaviləsi  erməni xalqının müasir tarixində əhəmiyyətli yer tutur. Təsadüfi deyil ki, o elmi tədqiqatlar və təhlil mövzu olmağa davam edir. Ona görə çox vacibdir ki, bir əsr əvvəl imzalanmış bu sənəd, ondan əvvəl baş verən hadisələr və sonrakı inkişaflar barədə bizim alimlərimizin qərəzsiz təhlilləri həm xalqımıza, həm də beynəlxalq geniş dairələrə təqdim olunsun. Bugünkü konfrans da bu məqsədə xidmət edir və mən hamıya səmərəli müzakirələr, yeni və mümkün kəşflər arzulayaraq işinə uğurlar diləyirəm.

Sevr müqaviləsi tarixi faktdır. Bu bu günə qədər belə qalır. Niyə bu sənəd erməni xalqı üçün vacibdir? Niyə bu günə qədər diqqət mərkəzimizdədir?

Birincisi, Sevr müqaviləsi bəşər tarixinin ən dramatik səhifələrindən biri olan Dünya Müharibəsinin nəticələrinə əsasən, təxminən bitməsindən iki il sonra imzalandı. Versal müqaviləsi Avropada sülh bərqərar etdiyi kimi, Sevr müqaviləsi də Osmanlı imperiyasının keçmiş Orta Asiya ərazilərində sülh bərqərar etdi. Bu, mübarizə səbəbindən bölgə xalqların əzablarına və məhrumiyyətlərinə son qoydu. O “lənətlənmiş illər”in sonunu işarə etdi.

Müqavilə dövrün ən qabaqcıl ideayalara əsasən təşkil edilmişdir. Orada ən əsası öz müqəddəratını təyinetmə və millətlərin bərabərliyi prinsipi idi. O, əsrlər boyu  imperiyaların məcbur etdiyi köləliyə son qoydu və bölgədəki xalqlara azadlıq və müstəqillik verdi.

Üstəlik, tarixi ərazilərdə milli dövlətlər qurması hüququnu verərək, bölgədəki müsəlman və xristian xalqlarının bir yerdə sülhlə yaşaması və bölgəki sivilizasiya müxtəlifliyinin qoruması və inkişafı üçün münbit şəraitlər yaradırdı.

İkincisi, Sevr müqaviləsi Ermənistan müstəqilliyini tanıyan və təsdiqləyən sənəddir. Ermənistan Respublikası bu sənədin bərabərhüquqlu tərəf kimi çıxış etdi. Müstəqilliyini itirməkdən yüz illər sonra, Ermənistan hakimiyyəti ilk dəfə olaraq dünyanın böyük dövlətləri ilə beynəlxalq müqavilə imzaladı. Ermənistan Respublikası müqavilədə müəyyən edilmiş hədlər daxilində beynəlxalq münasibətlərin tamhüquqlu üzvü, beynəlxalq hüququn bərabərhüquqlu subyekt kimi tanınıb.

Müqavilənin tərəfi olmaqla, Ermənistanın, erməni xalqının Birinci Dünya Müharibəsində müttəfiqlərin qələbəsinə və sülhə verdiyi töhfələri tanındı. Erməni xalqının beynəlxalq münasibətlərdə və müharibədən sonrakı dünya idarəetməsindəki rolu düzgün qiymətləndirildi və vurğulandı.

Üçüncüsü, Sevr müqaviləsi öz 89-cu maddəsində erməni xalqının min illər boyu doğulduğu, yaşadığı, dövlətçilik və mədəniyyət yaratdığı Ermənistan Yüksəkliyi ilə əvəzolunmaz tarixi əlaqəsini sənədləşdirdi.

Və nəhayət, Erməni Soyqırımı illərindən sonrakı dövrdə, , Osmanlı İmperiyası erməni xalqını məhv etməklə “Erməni məsələsini” həll etməyə çalışanda  imzalandı. Erməni xalqı ən qəddar və qeyri-insani əzablara məruz qaldı. Zərərləri çox idi. Sevr müqaviləsi isə soyqırımın nəticələrinin aradan qaldırılması üçün bir yol açdı. Erməni xalqının tarixi beşiyində müstəqil dövlətin yaradılması yolu ilə “Erməni məsələsi” ədalətli şəkildə həll olundu. Tarixi ədalət bərpa olundu. Xalqımızın iqtisadi-demoqrafik potensialının bərpası, normal inkişafı, tərəqqi üçün əlverişli şərait yaradıldı.

Sevr müqaviləsi belə də yerinə yetirilməsə də, müstəqil dövləti bərpa etmək yolumuzu əks etdirən tarixi həqiqət olaraq qalmaqdadır. Onu xatırlamaq və onun mahiyyəti qorumaq borcumuzdur”.

Daha çox göstər
Back to top button