Başlıcaİctimaiyyət

Elə olmamalıdır ki, insanlar Artsaxa gələndə çətin yaşayış şəraitində olsunlar: Babayan

Artsax şətin vəziyyətdə Livan və Livan ermənilərinin yanındadır. Dünən Artsax xalqından Livana xüsusi eçuşla humanitar yardım təyyarəsi Beyruta çatıb. Təşəbbüsün müəlifi Artsax hakimiyyətidir.

Prezident günlər əvvəl bəyan etmişdi ki, Livandan 100-150 erməni ailəni qəbul etməyə hazırdırlar. O həmçinin vurğuladı ki, bu gün Artsaxın belə imkanları vardır.

Artsax Prezidentinin xarici əlaqələr üzrə müşaviri Davit Babayn 1in.am-ə müsahibədə qeyd edib ki, bu mərhələdə humanitar yardımın göndərilməsi çox vacibdir. “Bizim bu prosesə layiqli qatqımızın olması çox vacibdir. Soydaşlarımıza ciddi ziyan dəyib. Livan çox ağır vəziyyətə düşüb və hal-hazırda ən önəmlisi humanitar yardımın göstərilməsidir. Bu həmçinin mənəvi bir dəstəkdir”,-deyə babayan əlavə etdi ki, bütün ermənilər, Ermənistan və Artsax Livan ermənilərinin yanındadır.

Babayan həmçinin qeyd edib ki, Artsax tərəfindən Livan ermənilərinin qəbul edilməsi bir yandan demoqrafik problemləri həll edir, digər yandan da soydaşlarımız Artsaxın sosyal-iqtisadi inkişafında öz töhfəsini göstərəcklər. “Az sayda olsa belə Artsaxa gəlmiş Suria və Livan erməniləri artıq vəziyyəti dəyişdirdilər. Onlar Artsaxda olmayan müxtəlif kənd təsərrüfatı bitkiləri yetişdirirlər. Yeni bir keyfiyyət verdilər və bu çox yaxşıdır. Ölkədə yalnız iqtisadi sahədə deyil, təhsil və elm sahədə də inkişaf olacaq, məsələn ərəbşünaslıq da inkişaf edə bilər”,-Babayan qeyd etdi.

Onun sözlərinə görə, repatriasiya proqramları zaman və investisiyalat tələb edir və elə olmamalıdır ki, insanlar Artsaxa gələndə çətin yaşayış şəraitində olsunlar. “Belə bir şey yolverilməzdir və bu prosesi israrla və doğru şəkildə təşkil etməliyik. Dövlət və hökumət layihələr hazırlayır, lakin anlamalıyıq ki, bunun üçün zaman lazımdır”.

Daha çox göstər
Back to top button