Başlıcaİctimaiyyət

Ermənistanda daha 160 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 160 nəfərdə koronavirus aşkarlanıb, 541 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 593-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 803-ə çatıb. İndiyədək 33 157 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 399 aktiv koronavirus xəstəsi var. İndiyədək 177 322 test aparılıb.

Daha çox göstər
Back to top button