Başlıcaİctimaiyyət

Azərbaycanda koronavirusdan ölənlərin sayı 495-ə çatıb

Azərbaycanda koronavirusa 84 yeni yoluxma faktı qeydə alınıb. 214 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, bu barədə çərşənbə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Xəstəliyə yoluxanların ümumi sayı 33 731 nəfər təşkil edib, onların 30 856 nəfəri sağalıb, 495 nəfəri vəfat edib.

Hazırda 2380 nəfərin müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6318, ötən müddət ərzində isə ümumilikdə 796 459 test aparılıb.

Daha çox göstər
Back to top button