Başlıcaİctimaiyyət

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb, 335 nəfər sağalıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 794-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 806-ya çatıb. İndiyədək 33 492 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 262 aktiv koronavirus xəstəsi var. İndiyədək 179 032 test aparılıb.

Daha çox göstər
Back to top button