BaşlıcaSiyasət

Türkiyənin XİN bəyanatı bu ölkənin öz keçmişi ilə üzləşə bilməyəcəyini göstərir: Nağdalyan

Ermənistanda Sevr müqaviləsinin 100 illiyinin qeyd olunması ilə bağlı Türkiyənin XİN bəyanatı bu ölkənin öz keçmişi ilə üzləşə bilməyəcəyini göstərir. Bunu ER XİN mətbuat katibi Anna Nağdalyan Türkiyə XİN-in bəyanatını şərh edərkən bildirib.

Qeyd edək ki, Türkiyənin Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Sevr müqaviləsini modernləşdirmək cəhdləri Ermənistanın növbəti təxribatıdır.

“Sevr müqaviləsi tarixi faktdır və elə də qalacaqdır. Bunu yenidən yazmaq və ya silmək olmaz. Osmanlı irsinin dəyərləndirmə fürsətini əldən qaçırmayan indiki Türkiyə hökumətinin eyni Osmanlı İmperiyası tərəfindən bir sıra dövlətlər, o cümlədən Ermənistan ilə imzalanmış Sevr müqaviləsinin qeyd edilməsinə bu qədər əsəbi reaksiya verməsi təəccüblüdür”,-Nağdalyan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə öz keçmişi ilə üzləşməkdən çəkinir və başqaları “tarixdən düşmənlik yerinə dərs çıxartmağa” çağırır. Özü isə, Soyqırımına haqq qazandırmağa çalışır və erməni xalqına yeni faciələrlə təhdid etmə siyasətini davam etdirir.

ER XİN sözçüsü qeyd edib ki, Türkiyənin regionda sülh və təhlükəsizliyinin pozulmasına yönəlmiş addımları və Ermənistana qarşı hərbi ritorikası bu ölkənin indiki hökumətinin qonşu bölgələri destabilizasiya etmə siyasətinin bir hissəsidir. Nağdlayna onu da vurğulayıb ki, bu siyasətin gözdən keçirilməsi və keçmişlə üzəşməsi regionun xalqları üçün real barışa nail olma yolunu açacaqdır.

Daha çox göstər
Back to top button