Başlıcaİctimaiyyət

Azərbaycanda indiyə qədər 33 824 nəfər koronavirus infeksiyasına yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, avqustun 12-də Azərbaycanda 93 nəfər COVİD -19 infeksiyasına yoluxub.

Avqustun 11-i ilə müqayisədə koronavirusa yeni yoluxma sayında cüzi artım olub. Ötən gün yoluxanların sayı 84 idi.

Avqustun 12-də sağalanların sayı 202 nəfər olub. Koronavirus diaqnozu qoyulan 2 nəfər vəfat edib.

Statistikaya əsasən, Azərbaycanda indiyə qədər 33 min 824 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub. Onlardan 31 min 58 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər ölüb. Hazırda aktiv xəstə sayı 2269 nəfərdir.

Operativ qərargah, bu gün 8054, ötən müddətdə ümumilikdə 804 min 513 testin aparıldığını qeyd edib.

Daha çox göstər
Back to top button