BaşlıcaSiyasət

Artsrun Hovhannisyan Rumıniya qəzetinə verdiyi müsahibədə əsir götürülmüş azərbaycanlılar barədə danışmayıb

Azərbaycanlılar sosial şəbəkədə yalan məlumat yayıb ki, Ermənistan MN nümayəndəsi Artsrun Hovhannisyan Rumıniya qəzetinə verdiyi müsahibədə əsir götürülən azərbaycanlı hərbçilər barədə danışıb.

“İnfoteka24” saytına əsasən, bu məlumat həqiqətə uyğun deyildir, Hovhannisyan müsahibədə bu barədə danışmayıb. Bundan başqa, erməni tərəfi heç vaxt iyul döyüşlərindən sonra azərbaycanlı hərbi əsirlərin olduğunu elan etməyib. Aydındır ki, Azərbaycanda daha bir sensasiyanı izləmək üçün, reportajın rumın dilindən tərcüməsini dəyişmək qərarına gəldilər.

Müsahibənin tam mətni ilə aşağıda tanış ola bilərsiniz.

Hərbi ekspert, Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi Artsrun Hovhannisyan, “Defense Romania” nəşrinə verdiyi müsahibədə cari ilin iyul ayında Ermənistan-Azərbaycan sərhədindəki hərbi eskalasiyaya toxunub.

Hovhannisyan qeyd edib ki, Ermənistan Azərbaycanın hücumunu uğurla dəf edib və hərbi əməliyyatların təfərrüatlarından danışıb.

“Hərbi əməliyyatlar zamanı PUA sistemlərindən istifadə etməklə yanaşı, Azərbaycan İsrail istesalı olan hərbi texnikasından da istifadə edib, azərbaycanlılar həm da hücumlarında “Yaşma” xüsusi təyinatlılarından istifadə etdilər” – deyə Hovhannisyan qeyd edib, əlavə edərək ki, ordu nəinki hücumu dəf etdi, həm də Azərbaycan üzərində hərbi üstünlüyünü nümayiş etdirdi.

“Azərbaycan silahlı qüvvələri əvvəlcə 82 mm-lik qranatdan yeddi, daha sonra Ermənistanın Çinar kəndinə doğru 120 mm-lik qranatdan üç dəfə atəş açıb, nəticədə yaşayış binalarına ziyan dəyib. Müdafiə Nazirliyi Ermənistan ərazisinə girmək üçün edilən bütün cəhdləri zərərsizləşdirdi. Ermənistan Silahlı Qüvvələri öz prinsiplərinə əməl edərək, Azərbaycan yaşayış məntəqələri istiqamətində atəş açmadılar. Zərbələr yalnız mühəndis infrastrukturlarına və Azərbaycan silahlı qüvvələrinin texniki vasitələrinə dəyib ”- deyə Hovannisyan bildirib.

O dedi ki, Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələrinin 100-ə yaxın hərbçisi gecə saatlarında “Qorxmaz” erməni mövqeyi istiqamətində hücum həyata keçirməyə cəhd göstərib, lakin erməni Silahlı Qüvvələrinin qəhrəmanlıq əməliyyatları nəticəsində xeyli itkilər verərək gəri atılıb. Onlar həm də hərbi texnikaları, zirehli texnikaları və s. itirmişdir. Hücumu Azərbaycan xüsusi təyinatlıları “Yaşma” həyata keçirib.

“Bu qısamüddətli döyüş əməliyyatlarının döyüş sənəti baxımından əhəmiyyəti nədir?” suala cavab olaraq ekspert qeyd etdi ki, klassik hərbi elm baxımından taktiki əhəmiyyət daşıyan iyul eskalasiyasında zamanı qısamüddətli hərbi əməliyyatlar artıq cəlb edilmiş qüvvələr, vəsait və silah baxımından taktikadan əməliyyat vəziyyətinə keçdi və onların hərbi-siyasi əhəmiyyəti də strateji səviyyədə özünü göstərir. Əslində bu hərbi əməliyyatlar bir daha sübut etdi ki, hərbi elmin klassik tərifləri və bölmələri şərti, əslində müasir tələblərə o qədər də  cavab vermir.

Hovhannisyan qeyd edib ki, Ermənistan ordusu bu məsələdə Azərbaycan ordusuna qarşı açıq peşəkar və taktiki üstünlüyünü sübut etdi.

Daha çox göstər
Back to top button