BaşlıcaMədəniyyət

Azərbaycan hökuməti və Təhsil Nazirliyinin talış dilinin tədrisi ilə bağlı heç bir xoş niyyəti yoxdur: Talış fəal

Talış fəal Rahim Şaliyev öz Facebook səhifəsində yazı dərc edərək Azərbaycanda talış dilinin poblemlərinə toxunub. Yazıda xüsusilə qeyd olunur:

“Azərbaycanda talış dili dərslərinin keçirilmədiyini sübut etmək üçün uzundərə faktlara, əsaslandırmalara ehtiyac yoxdur. Həmçinin talış ziyalılarının reportlarda, açıqlamalarında özlərini çətinə salmaları yanlış siyasətdir. Bir məsələyə diqqət etmək yetərlidir. Hökümət talış dilini tədris edəcək müəllimlər üçün hansısa fakultə və ya kurs açmayıb. Talış dilinin tədrisini edəcək şəxslər hansısa formada yetişdirilməyib. Buna görə də lap istəyir talış dili üçün məktəblərdə həftəlik 10 saat da ayır, bunun effektivliyi ola bilməz. Azərbaycan höküməti və Təhsil Nazirliyi bu siyasətlə göstərir ki, o pantürkizm siyasəti əsasında hərəkət edir və talış dilinin tədrisi ilə bağlı heç bir xoş niyyəti yoxdur. Biz ictimai vurğumuzu yalnız və yalnız bu yöndə etməliyik.

Çünki indiyənə qədər ölkədə çoxlu sayda talış dilində təhsil almaq istəyən gənclər və uşaqlarına talış dilində təhsil istəyən ailələr görmüşəm. Onları sivil bir prinsip və mübarizə ətrafında birləşdirməyə ehtiyac var. Talış dilində təhsil almaq ictimai bir hərəkata çevrilmək üçün hüquqi, ictimai və sosial bazaya sahibdir. Sadəcə bu yöndə planlı konsepsiya və təbliğata ehtiyacımız var. Bu konsepsiyanı yaxın vaxtlarda ortaya qoyacayıq. Sadəcə sizin də məsləhətlərinizə, təkliflərinizə ehtiyacımız var. Bu təklifləri yazmaqdan utanmayın”.

Daha çox göstər
Back to top button