BaşlıcaEkonomika

Ermənistan AES 2-ci enerji blokunun istismarının ikiqat uzatma məsələsi müzakirə olunub

“Ermənistanın Atom Elektrik Stansiyası” QSC və “Rusatom servis” ASC arasında videokonfrans vasitəsilə məsləhətləşmə keçirilib. Videokonfrans zamanı 2 nömrəli enerji blokunun istismarının ikiqat uzatma məsələsi (2026-cı ildən sonra) müzakirə olunub.

Ermənistan Atom Elektrik Stansiyasının saytına əsasən, “EAES” QSC baş direktorunun vəzifəni yerinə yetirən Eduard Martirosyan və “Rusatom sevris” ASC baş direktoru Yevqeni Salkov çıxış ediblər.

2020-ci il ərzində Ermənistan AES 2-ci enerji blokunun istismarının ikiqat uzatma layihəsinin həyata keçirən işlərin nəticələri və 2021-ci il ərzində avadanlıq və sistemlərin modernləşdirilməsi iş planı müzakirə olunub.

Daha çox göstər
Back to top button