BaşlıcaSiyasət

ER Silahlı Qüvvələrinin fəxri qarovul dəstəsi Khor Virapda öz bacarıqlarını nümayiş etdirdi – VİDEO

ER Silahlı Qüvvələrinin fəxri qaravul dəstəsi Khor Virapda öz bacarıqlarını nümayiş etdirdi.

Bunun ER Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirdi.

“Bizim müstəqil dövlətimizin üzü – ER Silahlı Qüvvələrinin fəxri qarovul dəstəsi, Khor Virapda defile keçirir”- deyə “Facebook” səhifəsində o yazıb.

Xatırladaq ki, bu gün Ermənistanın mütəqilliyinin bərpasının 29-ci ildönümüdür.

Ermənistanın İstiqlal Bəyannaməsi 1990-cı ilin avqustun 23-də Ali Şuranın iclasında qəbul olunub.

SSRİ Konstitusiyasına uyğun olaraq 1991-ci ilin sentyabrın 21-də ER ərazisində SSRİ-dən ayrılmaq üçün referendum keçirildi. Referendumda iştirak edən 2.056.758 vətəndaşdan 2.042.627 (94.39%) vətəndaşı Ermənistanın müstəqilliyinə lehinə olaraq, “hə” dedi. Yalnız 10 min nəfər və ya 0,46% əleyhinə idi.

ER Ali Şurası, referendumun nəticələrini yekunlaşdıraraq sentyabrın 23-də Ermənistan Respublikasını müstəqil dövlət elan etdi.

Daha çox göstər
Back to top button