BaşlıcaSiyasət

Ermənistan Müdafiə nazirliyi Azərbaycanın yaydığı bəyanatı dezinformasiya hesab edir

Ermənistan Müdafiə nazirliyi bir daha xatırladır ki, riskin azaldılması mexanizmlərinin olmaması sərhəd gərginliyini artırır.

“SputnikArmeniya”nın verdiyi məlumata görə,ER Müdafiə nazirliyi,  bəyan edib ki,erməni pilotsuz təyyarəsini vurmaq xəbərinin dezinformasiya olduğuna əmin edir.

Azərbaycan Müdafiə nazirliyi bazar günü hava hücumundan müdafiə bölmələrinin Ermənistan Silahlı qüvvələrinə məxsus taktiki bir dronu vurduğunu açıqladı.

Və bu gün, sentyabrın 21-də həmin bölmənin  kiçik çavuşu Elşən Məmmədovun Ermənistan-Azərbaycan sərhədindəki “erməni təxribatı” nda öldürüldüyünü bildirdi.

Müdafiə nazirliyinin  mətbuat katibi Şuşan Stepanyan, “Sputnik Armeniya”ilə söhbətində  PUA-nın  vurulma xəbərini şərh edərkən “Bir daha  xəyalındakını reallıq kimi təqdim etməyə çalışırlar” –deyərək qeyd etdi.

O, Azərbaycan əsgərinin ölümü ilə bağlı məlumatlara da toxunub.

“Biz dəfələrlə Ermənistan-Azərbaycan sərhədində riskin azaldılması mexanizmlərinin olmamasının qəbuledilməz olduğunu və gərginliyə səbəb olduğunu bildirmişik.” İtkiyə gəldikdə, bizdə belə bir məlumat yoxdur”- deyərək  Stepanyan qeyd edib.

Xatırladaq ki, sentyabrın 16-da  ER Silahlı qüvvələrinin hərbçisi, kiçik çavuş Hovik Nelson Tamazyan döyüş mövqeyində olarkən, azəri təxribatı səbəbindən ölümcül yaralanmışdır.

Daha çox göstər
Back to top button