BaşlıcaSiyasət

Vyana və Sankt-Peterburq razılaşmalarına qayıtmaq: Xarici işlər naziri müsahibəsində nəyi nəzərdə tutub?

Yerevan regional sabitliyə nail olmağın ən yaxşı yolunun 1994-cü ildən bəri davam edən atəşkəsin eskalasiyanın qarşısını alan və atəşkəsin pozulmasına cavabdeh tərəfi “işarələyən nəzarət mexanizmləri” vasitəsi ilə gücləndirilməsinə inanır.

Bu barədə Ermənistan Respublikasının Xarici işlər naziri Zohrab Mnatsakanyan EFE-yə müsahibəsində bildirib.

“Ancaq Bakı hər zaman bundan çəkinir. Onu qəbul etmələri yaxşı olardı.İndi önəmlisi gərginliyi zəiflətməkdir.Bu ən vacibidir”-deyərək o, qeyd edmiş və Azərbaycan tərəfinin mövqeyini məhkum etmişdir hansı ki, sanki  hərbi  əməliyyatlara başlamamaqla Ermənistana yaxşılıq edir.

Mnatsakanyanın  fikrincə, sülh danışıqlarının başlanması nəinki yalnız  “mümkündür”  həm də ”vacibdir”.

Paşinyan hakimiyyətə gəldikdən bəri, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olan “həll yolu” olmasının  lazım olduğunu israr etdi.

 “Ermənistanın və ya Dağlıq Qarabağın hesabına heç bir  variant ola bilməz. Bizim üçün önəmlisi Dağlıq Qarabağın fiziki və var ekzistensional təhlükəsizliyidir.Ancaq, təhlükəsizliyi bir məsələdir, DQ statusu başqa bir məsələ”- deyərək ER Xİ  naziri qeyd edib.

Politoloq Levon Şirinyan “1-ci Xəbərlər” lə söhbətində, ER Xarici işlər nazirinin olduqca maraqlı bir açıqlama verdiyini söylədi.

Bizim ərazi itkimiz olmamalı, yalnız hüquqlarımız möhkəmləndirilməlidir. Sülh danışıqlarına qayıtmaq mümkün olub-olmadığı sualına gəlincə, Şirinyan təzyiq olmasza, heç bir məsələnin həll olunmayacağını söylədi.

Şirinyana görə, nazir Mnatsakanyan Vyana və Sankt-Peterburq razılaşmalarına qətiyyən işarə etməyib, söhbət həmişə vacib olan nəzarət mexanizmlərindən gedir.

“Belə deyim psixioloji baxımla Tavuş əməliyyatı nəticəsi gərək gücləndirilsin və mexanizmlərin tətbiqi çox vacibdir. Biz geri çəkilən vəziyyətdə idik, indi çıxdıq,belə bir hərəkət etdik. Bütün hallarda danışıqlar sülh mühiti təmin edir, ali məqsəd möhkəmləndirilmirsə, dinc yanaşı yaşamaq vəziyyəti güclənir.Hər mənada bizim üçün əlverişlidir”-deyərək o yekunlaşdırıb.

Politoloq Armen Vardanyana görə, nazir Mnatsakanyan birbaşa Vyana və Sankt-Peterburq razılaşmalarının gündəmə gətirilməsinə eyham vurdu.

“Bu barədə artıq bir neçə dəfə  ER Xİ naziri  Vyana və Sankt Peterburq  şərtləşmələrini gündəmə gətirib və açıqlama  verib.1994-cü ildə atəşkəs elanına gəlincə, nazir açıq mətndə Artsaxın danışıqlarda iştirak etməsi lazım olduğunu söylədi, çünki o dövrdə atəşkəsin tərəflərindən biri  də Artsax Respublikası olub”- deyərək “1-ci Xəbərlər”lə söhbətində  o,  qeyd edib.

Daha çox göstər
Back to top button