Başlıcaİctimaiyyət

Azərbaycan yerli ermənilərə məxsus yüklərin Gürcüstana girişinə icazə vermir

Azərbaycan ermənilərə məxsus malları Gürcüstana buraxmamağa qərar verdi. İnforteka24 yazır ki, Gürcüstanın Gzavnili yükdaşıyan şirkətinin rəsmi saytında yayılan məlumata görə, Bakı tranzit terminalında yüklərin bir hissəsi müsadirə edildi.

Şirkətdən verilən məlumata görə, mallar erməni soyadlı şəxslər və ya ermənilərə məxsus şirkətlər üçün nəzərdə tutulduğuna görə müsadirə edilib.

Bu qanunun sentyabrın 1-dən xəbərdarlıq edilmədən qəbul edildiyini və bu səbəbdən böyük miqdarda yükünün gec çatacağını da qeyd edilir.

Sayt qeyd edir ki, rəsmi Bakının bu davranışı şovinizmin və ermənifobiyasının bir təzahürüdür, hansı ki, artıq yalnız Ermənistan vətəndaşlarına deyil, Gürcüstan vətəndaşı olan ermənilərə də toxunur.

Daha çox göstər
Back to top button