Başlıcaİctimaiyyət

Beynəlxalq təşkilatlar koronavirusun nəticələrini aradan qaldırmaq üçün Ermənistanı dəstəkləyəcəklər

Avropa Birliyi koronavirus ilə qarşı mübarizə üçün Ermənistana 30 milyon avro qrant verəcək. “COVID-19 epidemiyaya müqavimət müqaviləsi” layihəsi təsdiq etmək üçün Ermənistan Respubliaksının Hökumətinə təqdim edildi.

Müqaviləni təqdim edən Mher Griqoryan “Sputnik Armenia”-ya müsahibəsində bildirdi ki, qrant mərhələlərlə veriləcək.

“Sazişdə nəzərdə tutulan 24 milyon avro, müqavilənin imzalanmasından sonra heç bir şərt olmadan veriləcək. Qalan 6 milyon avro isə COVID-19 böhrənlə mübarizə aparmaq üçün səhiyyə, sosial-iqtisadi sahələrində həyata keçirilən proqramlar çərçivəsində veriləcək”,- deyə o qeyd etdi.

Baş nazirin müavini yaxın gələcəkdə pulun Ermənitanın dövlət büdcəsinə köçürüləcəyinə ümid etdiyini bildirdi.

Mher Grigoryan bildirdi ki, Avropa Birliyi daha iki dəstək proqramı müzakirə olunur.

Xatırladaq ki, Asiya İnkişaf Bankı da koronavirusla mübarizə üçün 2 milyon dollarlıq qrant verəcək, bununla bağlı müqavilə 2020-ci ilin avqustun 27-də imalandı.

Daha çox göstər
Back to top button